ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlanılmışdır

      Ətraf mühitin mühafizəsi məsələlərinin  daim diqqət mərkəzində saxlanılması, respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün  ictimaiyyətin     səylərinin  birləşdirilməsi ideyalarının təbliğ olunması, gənclərin və yeniyetmələrin  ekoloji maarifləndirilməsi və təbiətə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə, Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təşkilatçılığı ilə Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlanılmışdır.

 

    İlk tədbir mayın 12-də Bakının 20 saylı məktəbində həyata keçirilmişdir. Öncə iştirakçılara bu layihənin məqsədi və təşkilatçıların fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Tədbirdə Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, mütəxəssislər, məktəbin müəllim heyəti və şagirdləri iştirak etmişlər.

    QSC-nin Ekoloji monitorinq departamentinin   “Səyyar monitorinq xidməti” nin rəisi Maqsud Babayev  şagirdlərə ekoloji anlayışlar, respublikamızın ekoloji durumu və təbii ehtiyatları, tullantıların idarə olunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi mövzusunda əyani prezentasiya təqdim etmişdir. Prezentasiya şagirdlər tərəfindən maraqla dinlənilmiş, onların suallarına ətraflı cavab verilmişdir.

    Sonda  şagirdlərə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəmzi hədiyyələri təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.

     Xatırladaq ki, növbəti günlərdə belə tədbirlərin Bakının Z.Əliyeva adına liseydə, “SOS – uşaq kəndi internat məktəbində, 23 və 6 saylı məktəblərində də keçirilməsi nəzərdə tutulmuşdur.

 

 
 
 
 
 
 
 
 

tarix : 13.05.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.