ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Soltan Əliyev ARDNŞ-nin vitse – prezidenti vəzifəsinə təyin edilmişdir
       Son illərdə  Dövlət Neft Şirkətinin  beynəlxalq aləmdə və ölkə daxilində fəaliyyət istiqamətləri genişləndikcə, Şirkət böyüyüb inkişaf etdikcə onun strukturu da təkmilləşdirilir.

        Bunu nəzərə alaraq, Azərbaycan  Respublikasının  Prezidenti ARDNŞ-nin idarəetmə strukturunda neftin, qazım hasilatı və nəqli üzrə vitse – prezident ştatının yaradılmasına qərar vermişdir. Dövlət başçısının 12 may 2010-cu il tarixli Sərəncamı ilə bu vəzifəyə Rəhman Qurbanov təyin olunmuşdur. Ölkə Prezidentinin  eyni tarixli başqa bir Sərəncamı ilə Soltan Tərlan oğlu Əliyev  isə ARDNŞ-nin  ekologiya üzrə vitse-prezidenti təyin edilmişdir.

     Bununla əlaqədar olaraq mayın 14-də ARDNŞ-nin yeni təyin olunmuş vitse-prezidentlərinin  təqdim olunma mərasimi keçirilmişdir. Mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək son illərdə ARDNŞ-nin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial – iqtisadi, ekoloji layihələrdən danışmışdır.

    Daha sonra  Rövnəq Abdullayev  Şirkətə yeni təyin edilmiş vitse-prezidentləri mərasim iştirakçılarına təqdim edərək, onların ARDNŞ-nin kollektivi arasında böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduqlarını vurğulamış, yeni vitse – prezidentləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

    Mərasimdə yeni təyin edilmiş vitse – prezidentlər Rəhman Qurbanov, Soltan Əliyev  onlara göstərilən böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və bu etimadı əməli işləri ilə doğruldacaqlarını bildirmişlər.

     Xatırladırıq ki, Soltan Tərlan oğlu Əliyev 1965-ci ildə anadan olmuş, 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə fəhlə kimi başlamışdır. Müxtəliv idarə və müəssisələrdə fəaliyyət göstərən  Soltan Əliyev 2002-ci ildə ARDNŞ-nin  strukturunda çalışmağa başlamışdır. “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” Trestində mühəndis, Trestin Dəmir-beton məmulatları zavodunun baş mühəndisi, “Azinteroyl” Birgə Müəssisəsinin baş direktoru, Heydər Əliyev adına BNEZ-da şöbə rəisinin müavini, “Məişət Maye Qaz” ASC-nin İdarə Heyətinin sədri vəzifələrində uğurla çalışmış, 2006-2008-ci illərdə ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi, 2008-ci ildən isə “Ekol Mühəndislik Xidmətləri”   QSC-nin baş direktoru olmuşdur.
 

tarix : 15.05.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.