ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC yaşıllıqların damcı üsulu ilə suvarılma sistemlərinin tətbiqinə başlamışdır

     Qeyd olunduğu kimi “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrindən biri də yaşıllıqların salınması və onlara aqrotexniki xidmətlərin göstərilməsidir. Bu məqsədlə 2010-cu ildə QSC-nin Torpaqların rekultivasiyası departamentinin  tərkibində yaşıllaşdırma üzrə yeni bir sahə yaradılmış ( TRD 3-cü sahə), bu sahəyə  xeyli sayda  ixtisaslı aqronomlar, bağbanlar və digər mütəxəssislər, eləcə də xüsusi avadanlıqlar və texnika cəlb olunmuşdur.

 

     Yeni yaradılmış sahə qısa müddətdə QSC-nin istehsalat sahələrində yaşıllıqların salınması və aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində xeyli işlər görmüşdür. ARDNŞ-nin tabeçiliyində olan  bir sıra təşkilatların, o cümlədən “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərindəki mövcud  yaşıllıqlara aqrotexniki xidmət göstərilməsi  də QSC-nin TRD 3 sahəsinə həvalə edilmişdir.

    Paytaxtın qərb qapısı hesab edilən, xüsusi coğrafi mövqeyi, relyefi,  meteoroloji xüsusiyyətləri və infrastruktur şəbəkəsinin müxtəlifliyi  ilə Abşeron yarımadasının digər ərazilərindən fərqlənən Bibiheybət sahəsində  yaşıllıqlara aqrotexniki xidmət   göstərilməsi xüsusi diqqət və yanaşma tələb etdiyindən, TRD 3 sahəsinin ən peşəkar mütəxəssisləri və texniki vasitələri bu əraziyə cəlb olunmuşdur.

     Fevral ayından başlayaraq Bibiheybət sahəsində  olan  50 000 -ə qədər müxtəlif növ  ağaclara mövsümü xidmətlər göstərilmiş, qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, ərazinin su təchizatı təmin olunmuşdur.

      Bu ərazilərdə əkilmiş ağacların 100%-li bitişinin təmin olunmasında,  inkişaf etməsində suyun və suvarma üsullarının əsas amil olması nəzərə alınaraq, QSC yaşıllıqlara xidmət sahələrində effektli və müasir suvarma üsullarının tətbiqinə başlamışdır.

      Bununla əlaqədar olaraq  Bibiheybət  ərazisində 1.2 ha sahədə damcı üsulu ilə suvarma sistemi quraşdırılıb istifadəyə verilmişdir.  Bu layihən Türkiyənin “Elite” şirkəti həyata keçirmişdir. Bu sistemlə gün ərzində hər bir ağaca 2 saat ərzində  10 litrə qədər su verilir ki, bu  da  öz növbəsində həm bitkilərin suya olan tələbatının optimal ödənilməsinə, həm də su itkisinin qarşısının alınmasına şərait yaradır.

    “Ekol Mühəndislik Xidmətləri” QSC damcı üsulu ilə suvarma sistemlərinin digər xidmət sahələrində quraşdırılması istiqamətində  tədbirlərini davam etdirir.
 
 
 
 
 

 

tarix : 20.05.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.