ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Azərbaycandakı Amerika Ticarət Palatası ilə birgə Bakı şəhərinin məktəblərində ekoloji maarifləndirmə tədbirlərini həyata keçirmişdir

       ARDNŞ Ekoloji Siyasətində respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində  irimiqyaslı layihələrin həyata keçirilməsi ilə yanaşı, ekoloji maarifləndirmə məsələlərinə də geniş yer ayrılmışdır. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Əhalinin  ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanununu əldə rəhbər tutaraq, ARDNŞ ekoloji maarifləndirmə və təbliğat məsələlərinə daha çox diqqət yetirir. Şirkətin prezidenti cənab Rövnəq  Abdullayevin  12 avqust 2008-ci il tarixli, 123 saylı əmri ilə tədbirlər planı təsdiq edilmiş, ekoloji təbliğat və maarifləndirmə işlərinə start verilmişdir.

     “Ekol Mühəndislik Xidmətləri” QSC –də öz sahəsində 2008-ci ilin sonundan etibarən tədbirlər planında nəzərdə tutulmuş ekoloji təbliğat və maarifləndirmə işlərinin yerinə yetirilməsinə başlamış və bu istiqamətdə vaxtaşırı tədbirlər  görmüşdür.

     Bu tədbirlərin davamı olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC üzv olduğu Azərbaycandakı Amerika Ticarət Palatasının təşəbbüsü ilə, “Ekologiya İli” çərçivəsində  may ayında  Bakı şəhərinin Zərifə Əliyeva adına, eləcə də 20, 23, 6 saylı  lisey - məktəblərində və “SOS uşaq kəndi” internat məktəbində ekoloji maarifləndirmə tədbirlərini həyata keçirmişdir.

    Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC–nin  rəhbər işçilərinin və mütəxəssislərinin birgə keçirdiyi bu layihə, məktəblilərin  mədəniyyətinin, onların   dünya görüşlərinin, düşüncə tərzlərinin və yeni davranış stereotiplərinin ekoloji cəhətdən formalaşmasına yönəldilmişdir.

    Adı çəkilən məktəblərdə təqdim olunan əyani materiallarla respublikamızın ekoloji vəziyyəti, ekoloji problemlərin həlli yolları, ölkəmizin təbii ehtiyatları, alternativ enerji mənbələri, onlardan səmərəli istifadə və  digər ekoloji mövzular barədə geniş məlumat verilmişdir.

    Təqdimatlarda qeyd olunmuşdur ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada ekologiyanın  prinsip və qaydaları nəzərə alınmasın. Bununla belə, ekologiyanın vacibliyi hələ tam dərk edilməmiş və lazımı  səviyyəyə qaldırılmamışdır. Müxtəlif sosial, maddi-texniki, hüququ faktorların sırasında ekoloji təhsilin və ekoloji mədəniyyətin aşağı olması təhlükəli ekoloji durumun əsas səbəblərindəndir.

    Məktəblilərin diqqətinə çatdırılmışdır ki,  özünün və kainatın sirlərini dərk etməyin sonsuz arzuları ilə yaşayan insan ümumbəşəri dəyərlərdən  hesab edilən ekologiya məsələlərinə münasibətində dəyişiklik etməli, ekologiyanın gələcək mənzərəsinin təsvirini verməyi bacarmalıdır. Əminliklə bildirilmişdir ki, ekoloji biliklərin hər bir insana çatdırılması onun cəmiyyətdə tutduğu mövqedən  asılı olmayaraq həyat fəaliyyətinin bütün sahələrində təbiətə münasibətdə düzgün mövqedə durmasında xüsusi rol oynayacaq. Ekoloji biliklər hər bir kəsin mədəniyyətinin və dünyagörüşünün  ayrılmaz hissəsi olacaq. Bu isə cəmiyyətin, xalqın və ölkənin sağlam həyatı deməkdir.
     2010-cu ilin ölkə Prezidenti tərəfindən “Ekologiya İli” elan edilməsinin əsas məqsədi isə ekoloji problemlərin ümumxalq problemi olduğunu bütün səviyyələrdə təsbit etməkdir. Bu prosesin həyata keçirilməsi təhsilin bütün pillələrində ekoloji biliklərin mənimsənilməsinə nail olmağı tələb edir.

     Məktəblərdə keçirilən təqdimatlar şagird və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanmış, qarşılıqlı dialoq şəraitində keçmişdir. Məktəblilərə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəmzi hədiyyələri təqdim olunmuş, “SOS uşaq kəndi” internat məktəbinə isə əlavə olaraq televizor  hədiyyə edilmişdir. 

    Qeyd olunmuşdur ki, gənclərin ekoloji maarifləndirilməsi,  məktəblərlə qarşılıqlı əməkdaşlıq    davamlı olaraq ekoloji tədbirlərin keçirilməsi “Ekol Mühəndislik Xidmətləri” QSC–nin fəaliyyətinin əsas istiqamətlərindəndir və bundan sonra da davam etdiriləcəkdir.
 
 
 

 

tarix : 21.05.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.