ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Ekologiya İli” çərçivəsində yeni bir layihənin icrasına başlayır

      ARDNŞ  “Ekologiya İli” çərçivəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq  neft sənayesi sahələrində irimiqyaslı ekoloji layihələri uğurla həyata keçirir. Bu işlərin yerinə yetirilməsində, xüsusilə neftlə çirklənmiş torpaqların təmizlənməsi və şlamın bioremediasiyası layihələrinin icrasında “Ekol Mühəndislik Xidmətləri” QSC  “PODRATÇI” qismində yaxından iştirak edir. Artıq “Siyəzənneft” NQÇİ,  Z.Tağıyev adına NQÇİ və “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində layihələrin icrası uğurla davam edir.

     Bununla yanaşı 2010-cu ildə QSC tərəfindən neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində  daha bir neçə yeni layihələrin icrasına başlanması nəzərdə tutulmuşdur.

     Yeni layihələrdən biri də “Balaxanıneft” NQÇİ-nin  Kürdəxanı mədən  ərazisində ayrılmış neftlə çirklənmiş sahələrin (33 hektara qədər) bioremediasiyası işlərinin yerinə yetirilməsidir. Layihənin həyata keçirilməsi ilə əlaqədar  olaraq  20 may 2010-cu il tarixdə “Azneft” İstehsalat Birliyi ilə  “Ekol Mühəndislik Xidmətləri” QSC arasında  müqavilə imzalanmış və iyun ayında layihənin icrasına başlanılması nəzərdə tutulmuşdur.

     Bununla əlaqədar olaraq, QSC-nin  Ekoloji  monitorinq departamenti tərəfindən layihə sahəsində  kompleks monitorinq qiymətləndirilməsi aparılmışdır. Monitorinq nəticəsində ərazidə lay sularının  axdılması nəticəsində formalaşmış neftlə çirklənmiş  sahələr, uzunmüddətli fəaliyyət nəticəsində formalaşmış qudronlu  neftşlam sahələri və ləğv olunmuş quyu özül sahələri kimi çirklənmə mənbələri aşkar olunmuşdur.

      Çöl tədqiqatlarının təhlilləri nəticəsində “Balaxanıneft” NQÇİ-nin  2-ci mədəninin  Kürdəxanı sahəsində ləğv olunmuş 6 quyuətrafı zonada 6 ha qədər çirklənmə sahələri və bu sahələrdə 23 277 m3  neftşlam,  33 773 m3-dən çox xam neft-su tərkibli tullantının  olduğu müəyyən edilmişdir.

     “Ekol Mühəndislik Xidmətləri” QSC müqavilə şərtlərinə əsasən layihə sahəsində landşaft-bərpa tədbirlərinin aparılması məqsədilə, ilk növbədə quyuətrafı zonalardan xüsusi texnikanın köməyi ilə quyu məhsullarının  və lay sularının neftyığım məntəqələrinə daşınmasını, neftşlamın çirklənmə sahələrindən xüsusi ayrılmış bioremediasiya sahəsinə daşınaraq texnoloji reqlamentə uyğun  utilizasiyasını və antropogen fəaliyyət nəticəsində sıradan çıxmış sahələrdə mexaniki rekultivasiyası işlərinin yerinə yetirilməsini nəzərdə tutur.

     Hazırda layihə sahəsində hazırlıq işləri görülür. Layihənin cari ilin sonunadək başa çatdırılması  planlaşdırılmışdır.

 
 
 

tarix : 27.05.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.