ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC İSO 14001 Ekologiya İdarəetmə Sistemi üzrə yeni sertifikata layiq görülmüşdür

      “Ekol Mühəndislik Xidmətləri” QSC  öz fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması və Avropaya inteqrasiya edilməsi istiqamətində davamlı siyasət həyata keçirir və məqsədyönlü tədbirlər görür. Məhz bunun nəticəsidir ki, QSC 2007-ci ildə  İSO 14001 Ekologiya İdarəetmə Sistemini qəbul etmiş və sertifikata layiq görülmüşdür.

      İSO 14001 Standartlarının şərtlərinə uyğun olaraq ötən dövr ərzində Türk Standartları İnstitutunun tədqiqçiləri tərəfindən  iki dəfə audit keçirilmiş, QSC-nin  Ekologiya İdarəetmə Sistemi üzrə fəaliyyətinin uyğunluğu  öz təsdiqini tapmışdır.
      02-04 iyun 2010-cu il tarixlərdə isə “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO 14001 Ekologiya İdarəetmə Sistemi üzrə üçüncü tərəfin auditinin keçirilməsi nəzərdə tutulmuşdur.
    Bu məqsədlə  iyunun  2-də QSC-nin Mərkəzi ofisində açılış toplantısı keçirilmişdir. Toplantıda Türk Standartları İnstitutunun təmsilçiləri Ahmet Serdar Kaplan, Hasan  Demirtaş, Baş direktor Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini–texniki direktor Məzahir Hüseynov, İSO 14001 Ekologiya İdarəetmə Sistemi üzrə rəhbərliyin nümayəndəsi Əbilov Hafis,  rəhbər işçilər və kollektivin nümayəndələri iştirak etmişlər.
     QSC-nin Baş direktoru Ramil Əliyev tədqiqçiləri səmimi salamlayaraq  ötən dövr ərzində Ekologiya İdarəetmə Sisteminin tələblərinə uyğun olaraq görülmüş işlər barədə onlara ətraflı məlumat vermiş, tədqiqçilərin  standartlarla əlaqədar suallarına cavablandırılmışdır.

      Türk Standartları İnstitutunun təmsilçiləri Ahmet Serdar Kaplan, Hasan Demirtaş, QSC-nin  İSO 14001 standartları sahəsində gördüyü işlərdən və əvvəlki auditlərin  nəticələrindən razı qaldıqlarını bildirərək, İSO 9001 və OHSAS 18001 Beynəlxalq Standartlarının da qəbul olunmasını məqsədəuyğun  hesab etmişlər.

      QSC-nin Baş direktoru  yaxın gələcəkdə bu standartların qəbul edilməsi üçün hazırlıq işlərinin aparıldığını qeyd edərək tədqiqçilərə  fəaliyyətlərində uğurlar arzulamışdır.          

      02 iyun 2010-cu il tarixdə Türk Standartları İnstitutunun tədqiqçiləri tərəfindən     QSC-də auditinin keçirilməsinə başlanılmış, 04 iyun 2010-cu ildə başa çatdırılmışdır.

      04 iyun 2010-cu ildə keçirilən  bağlanış toplantısında  tədqiqçi  Ahmet Serdar Kaplan üç gün ərzində QSC-də  İSO 14001 standartlarının tələblərinə uyğun olaraq audit aparıldığını və bütün sahələrin əhatə edildiyini toplantı iştirakçılarının nəzərinə çatdırmışdır. Tədqiqçi auditin nəticələrinin uğurlu olduğunu, QSC-də İSO 14001 standartlarının tələblərinə tam əməl edildiyini vurğulamış, beynəlxalq standartlarda olan yeniliklərlə bağlı öz tövsiyəsini vermiş və yeni sertifikata layiq görüldüklərinə görə QSC rəhbərliyini və kollektivi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

    Baş direktor Ramil Əliyev  türkiyəli qonağa öz adından və kollektivin adından təşəkkürünü bildirərək, daim inkişafda olan  QSC-nin fəaliyyətinin bundan sonra da bütün sahələrdə beynəlxalq standartların tələblərinə uyğun qurulacağını və Türk Standartları İnstitutu ilə əməkdaşlığın  uğurla davam etdiriləcəyini qeyd etmişdir.

 
 
 

tarix : 04.06.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.