ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Abşeronneft” NQÇİ-nin çirklənmiş ərazisində rekultivasiya işləri yüksək templə aparılır

     Azərbaycan  Respublikası Prezidentinin  28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair   2006-2010-cu illər üçün  Kompleks Tədbirlər Planı” əsasında ARDNŞ-nin  təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, “AzNEFT” İstehsalat Birliyinin  tabeçiliyində olan “Abşeronneft NQÇİ-nin  neft, lay suları və digər tullantılarla çirklənmiş ərazisinin  rekultivasiyası” işləri “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən  uğurla həyata keçirilir.

     Layihəyə Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov rəhbərlik edir. Onun sözlərinə görə cari ilin aprel ayında layihənin icrasına başlanılmış, indiyədək 5.3 hektara qədər ərazidə rekultivasiya işləri yerinə yetirilmişdir. İcra müddətində layihə sahəsindən  QSC-nin xüsusi vakuum maşınları vasitəsilə 2 972 m3-ə qədər lay suyu ərazidəki “Voroşilov” anbarına,  4 544 m3şlam isə şlam anbarına daşınmışdır. Bununla yanaşı əraziyə 25 183 m3 ştib və torpaq daşınaraq yayılmışdır. Ərazidə mövcud olan  35.4 ton tullantı qara metal yığılaraq müəyyən edilmiş sahədə toplanmışdır.

    Rekultivasiya işlərinə 21 ədəd özüboşaldan ağır tonnajlı avtomaşınlar, 2 ədəd   S-130 markalı buldozer və çalov tutumu 1.2 m3 olan 1 ədəd CAT-320 D markalı ekskavator cəlb edilmişdir. Layihənin icrasına  QSC-nin peşəkar işçiləri cəlb olunmuş, onlar üçün normal  iş şəraiti yaradılmışdır.

    Hazırda “Abşeronneft” NQÇİ-nin  çirklənmiş ərazisində rekultivasiya işləri yüksək templə davam etdirilir və  layihənin nəzərdə tutulmuş müddətdə başa çatdırılması məqsədilə lazımı tədbirlər görülür.

 
                                 
 
 

tarix : 09.06.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.