ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilmişdir

15 iyun - Milli Qurtuluş günü xalqımızın fəlakətlərdən qurtulduğu, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gündür.

     Sovet imperiyası dağıldıqdan sonra, digər müttəfiq respublikalar kimi Azərbaycanda da xalq hərəkatı geniş vüsət almışdır. Ölkəmizdə dərin və təzadlı siyasi proseslər baş verirdi. Bir tərəfdən hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçurum qarşısına gətirib çıxarmışdı.

      Belə bir məqamda xalq Heydər Əliyevə pənah aparıb, onu ikinci dəfə hakimiyyətə gətirdi. Taleyini bu dahi şəxsiyyətə etibar edən xalq nəhayət öz azadlığına qovuşdu.  Xalqının taleyinə heç zaman laqeyd qalmayan Heydər Əliyev yenə öz həyatını təhlükələrə ataraq, əvəzolunmaz siyasi bacarığı və diplomatik fəaliyyəti ilə tez bir zamanda ona etibar olunan ölkəni təhlükədən qurtardı.

    Ölkədə yaranan sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etdi. Yaradılan sabitlikdən istifadə edən xarici sərmayədarlar ölkəyə gəlib müxtəlif sahələrə sərmayə qoymağa başladılar. Böyük inkişafa qədəm qoyan ölkəmiz dünya dövlətləri ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların üzərində dalğalanmağa başladı. Bu bir xalqın, bir dövlətin, məhz Heydər Əliyevin zəhməti ilə başa gələn qələbəsi idi.

      Bu qələbənin əsası məhz 15 iyunda qoyulmuşdur. Artıq respublikamız müstəqillik yolunda mətin addımlarla irəliləyir, qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir. Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var.

     Həmin ənənəni bu gün uğurla davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ölkəmizin inkişafı üçün mühüm sərəncamlar verib, qərarlar qəbul etmişdir.  Son dövrdə görülən quruculuq işləri, qazanılan uğurlar, əldə olunan nailiyyətlər aparılan davamlı siyasi kursun əyani təzahürüdür.

    Həqiqətən də Azərbaycan Respublikası bu gün böyük dövlətlər üçün önəmli bir ölkəyə çevrilib. İqtisadi, siyasi sahədə aparıcı bir dövlətə çevrilən Azərbaycan öz müstəqilliyi yolunda mətinliklə və sürətlə inkişaf edir.

     15 iyun 1993-cü il tarixi an məhz Heydər Əliyev tərəfindən Azərbaycan təqviminə qızıl hərflərlə yazılmışdır. Xalqımız bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir.

    “Ekol Mühəndislik Xidmətləri” QSC də hər il olduğu kimi bu il də 15 iyun-Milli Qurtuluş gününü təntənə ilə qeyd etmişlər. Bu münasibətlə iyunun 12-də  QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri Heydər Əliyevin  BNEZ-nun ərazisindəki abidəsinin önünə tər çiçəklər düzmüş və Ulu öndərin əziz xatirəsini yad etmişlər. daha sonra QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri Şüvəlan qəsəbəsindəki “Yetim və valideyn himayəsi olmayan uşaqlar üçün Respublika İnternat məktəbi” nə baş çəkmişlər.

    İnternat məktəbində keçirilən görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək tədbir iştirakçılarına 15 iyun – Milli Qurtuluş gününün tarixindən, Milli Liderimiz həyat və fəaliyyətindən,  Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi quruculuq işlərindən ətraflı danışmış və rəhbərlik etdiyi müəssisənin fəaliyyəti haqqında qısa məlumat vermişdir. Ramil Əliyev 15 iyun – Milli Qurtuluş günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və uşaqlara göstərilən qayğı və diqqətə görə Respublika Prezidenti İlham Əliyevə və Azərbaycanın I-ci xanımı,  YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmişdir . 

    Tədbirdə çıxış edən digər natiqlər internat  məktəbinin  şagirdlərini və müəllim heyətini  Milli qurtuluş günü münasibəti ilə təbrik etmiş onlara təhsildə və gələcək həyatlarımda uğurlar arzulamış, valideyn himayəsindən mərhum olmuş uşaqların hərtərəfli qayğı ilə əhatə olunmasına görə ölkə başçısına, məktəbin rəhbərinə və müəllim heyətinə minnətdarlıq hisslərini ifadə etmişlər. Tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin gətirdiyi  hədiyyələr uşaqlara təqdim olunmuşdur.

    Sonda “Yetim və valideyn himayəsi olmayan uşaqlar üçün Respublika İnternat məktəbi” nin direktoru Mübariz Qasımov “Ekol Mühəndislik Xidmətləri       QSC-nin rəhbərliyinə və kollektivin üzvlərinə belə əziz gündə uşaqlara baş çəkdiklərinə və onlara təqdim olunan hədiyyələrə görə dərin təşəkkürünü bildirmişdir.

     Musiqili və əyləncəli çay süfrəsi arxasında davam edən tədbirdə uşaqlar şənlənmiş və QSC-dən gələn qonaqlarla  rəqs etmişlər.
 
 
 
 
 

tarix : 12.06.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.