ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC A-4 sahəsində abadlaşdırma və yaşıllaşdırma tədbirlərini davam etdirir
     2010-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC  mühüm ekoloji layihələri icra etməklə  yanaşı,  istehsalat və qeyri yaşayış sahələrində əsaslı təmir, rekonstruksiya, abadlaşdırma və yaşıllaşdırma işlərinin yerinə yetirilməsi istiqamətində də məqsədli tədbirlər həyata keçirir.

    QSC-nin strukturunun təkmilləşdirilməsi və fəaliyyət sahələrinin genişlənməsi ilə əlaqədar,  hazırda ötən il  xidməti məqsədlər üçün QSC-nin istifadəsinə verilmiş, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən qeyri – yaşayış sahəsində (A-4 sahəsi adlanan) təmir-tikinti, abadlaşdırma və yaşıllaşdırma işləri daha böyük vüsət almışdır.

    Ötən dövr ərzində A-4 sahəsinin inzibati və yardımçı binalarında  əsaslı təmir və rekonstruksiya işləri  aparılmış, sahə yeni su xətti və çiləyici suvarma sistemi ilə təchiz olunmuşdur. İndiyədək ərazidə 1 900 ədəd mühitə davamlı ağac və 200-ə qədər bəzək kolları əkilərək becərilmişdir. İyun ayının sonunadək dibçəkdə əkilməsi nəzərdə tutulan 100 ədəd qızıl gül, 300 ədəd isə bəzək kolları üçün sahə ayrılaraq aqrotexniki qaydada hazırlanmışdır.

     Hazırda A-4 sahəsində elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni 100 kva/amp-lik  transformatorun quraşdırılması üçün yardımçı binanın tikilməsi, asfalt örtüyünün və səkilərin dəyişdirilməsi, eləcə də inzibati binanın fasadına  üzlük daşların çəkilməsi istiqamətində işlər davam etdirilir.
 
 
 

tarix : 21.06.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.