ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də yeni təyinat olmuşdur

      Xəbər verildiyi kimi, Respublika Prezidentinin  12 may 2010-cu il tarixli Sərəncamı ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş direktoru Soltan Tərlan oğlu Əliyevin ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti təyin edilmişdir. Bununla əlaqədar olaraq, təsisçilərin birgə qərarı ilə həmin tarixdən QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini Ramil Cavanşir oğlu Əliyev “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş direktoru vəzifəsinə təyin olunmuşdur.

       Təsisçilərin və QSC-nin baş direktorunun  23 iyun 2010-cu il tarixli birgə qərarı ilə baş direktorun ümumi işlər üzrə müavini vəzifəsinə isə Təchizat şöbəsinin rəisi İsrafil İsmayıl oğlu Əliyev təyin edilmişdir.

      İyun ayının 24-də yeni təyinatla əlaqədar QSC-nin mərkəzi ofisində təqdimat mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən baş direktor Ramil Əliyev öncə  yeni təyinatla qəbul edilmiş düzgün qərara görə təsisçilərin ( ARDNŞ və “Lancer Services S.A.” Şirkəti) rəhbərlərinə öz minnətdarlığını bildirdi.

      Daha sonra baş direktor İsrafil Əliyevin əmək fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən və təşkilatçılıq bacarığından danışaraq, onun yeni vəzifədə daha fəal və yaradıcı fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi və  İ. Əliyevi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.

      Təqdimat mərasimində çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, Maliyyə uçot departamentinin rəisi  Əli Bağışov və digərləri  yeni təyinatın ədalətli və düzgün qərar olduğunu qeyd etdilər. Çıxışçılar  İsrafil Əliyevi  təbrik edərək, onu səmimi, intellektual səviyyəli bir insan, bacarıqlı kadr kimi  tanıdıqlarını və  bu vəzifəyə layiq olduğunu xüsusilə vurğuladılar.

     İsrafil Əliyev öz çıxışında  ona göstərilən bu yüksək etimada görə təsisçilərin       QSC-nin rəhbərlərinə dərin təşəkkürünü bildirdi. O, öz fəaliyyətində  işgüzarlıq, sosial ədalət və qarşılıqlı hörmət prinsiplərinə daim  sadiq qalacağını, QSC-nin inkişafı üçün bütün imkanlarını səfərbər edəcəyini mərasim iştirakçılarının diqqətinə çatdırdı.
        Əliyev İsrafil İsmayıl oğlu – 21 avqust 1980-cı ildə Naxçıvan şəhərində anadan olub.  Orta təhsilini 1997-ci ildə Naxçıvan şəhərində bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistr təhsilini başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.

       İkinci ali təhsilini Naxçıvan Özəl Universitetinin  “İqtisadiyyat”  fakültəsini bitirməklə başa vurub.

       İlk əmək fəaliyyətinə 1999-cu ildə müxtəlif vaxtlarda Bakı şəhərinin  Nizami və Səbayel rayonlarının Məhkəmə orqanlarında başlayıb.

   2001-2003-cü illərdə  Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında  Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində çalışıb.
   2004-2005-ci illərdə “Azinteroil” Birgə müəssisəsində hüquqşünas vəzifəsində işləyib.

   2006-cı ildən “Ekol Mühəndislik Xidmətləri” QSC-də Təchizat şöbəsinin rəisi vəzifəsində çalışıb.

  23 iyun 2010-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini vəzifəsinə təyin edilib.

   2007-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

   Ailəlidir, 3 övladı var.
 
 
 

tarix : 25.06.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.