ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri”QSC-də “Azərbaycan Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

    1918-ci il iyunun 26-da Azərbaycan Müvəqqəti hökuməti Milli Ordunun yaradılması haqqında fərman verdi və ordu quruculuğuna başlanıldı. Yeni yaradılan müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı.

    Azərbaycan 1991-ci ildə növbəti dəfə müstəqillik əldə etdikdən sonra  oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan  Respublikasının  Ali Soveti qanun qəbul etdi. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun – Silahlı qüvvələr  günü elan edildi və hər il Azərbaycan xalqı bu günü bayram edir.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-də hər il olduğu kimi  bu il də “Azərbaycan Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə QSC-nin rəhbərliyi, kollektivin nümayəndələri, Qarabağ veteranları və əlliləri qatılmışlar.

    Giriş sözü ilə çıxış edə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev öncə tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etdi, ölkəmizə sülh, əmin-amanlıq, xalqımıza qələbə sevinci arzuladı. Sonra baş direktor əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Respublika Prezidenti İlham Əliyev cənabları tərəfində uğurla davam etdirilən ordu quruculuğundan danışdı. O, milli ordumuzun bütün regionda qüdrətli bir ordu olduğunu və tezliklə torpaqlarımızın işğaldan azad olunacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

    Tədbirdə çıxış edən digər natiqlər, baş direktorun müavini Məzahir Hüseynov, Maliyyə uçot departamentinin rəisi, Qarabağ müharibəsi veteranı Əli Bağışov, İctimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev, Təsərrüfat şöbəsinin rəisi Həsən Hüseynov və başqaları bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Onlar ölkə rəhbərinin səyi nəticəsində  milli ordumuzun gündən-günə güclənməsindən , bütün Qafqazda qüdrətli bir orduya çevrilməsindən qürur hissi keçirdiklərini bildirdilər və xalqımıza tezliklə Qarabağ torpağında qələbə sevincini yaşamağı arzuladılar.

   Tədbirin sonunda ənənəvi olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC çalışan 15 nəfərə qədər Qarabağ veteranı və əllilərinə pul mükafatı təqdim olundu.
 
 
 

tarix : 26.06.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.