ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol mühəndislik Xidmətləri" QSC 2010-cu ilin II-ci rübün uğurlu istehsalat göstəriciləri ilə başa vurmuşdur

    2010-cu ilin II-ci rübünündə "Ekol mühəndislik Xidmətləri" QSC də öz fəaliyyətini əvvəlki rejimdə davam etdirərək "Sifarişçi" təşkilatlarla olan müqavilə öhdəliklərini bütün istehsalat sahələri üzrə uğurla yerinə yetirmişdir.

      II-ci rüb ərzində QSC-nin Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində Heydər Əliyev adına BNEZ-nun 2 milyon 665 min m3 , 7-ci sahəsində isə "Azərneftyağ" NEZ- nun 2 milyon 948 m3 sənaye çirkab suları təmizlənmiş, müvafiq olaraq 6-cı sahədə 3 355 ton, 7-ci sahədə isə 2 389 ton neftşlam emal olunaraq zərərsizləşdirilmiş, BP exploration (CASPİAN SEA) Limited Şirkətindən daxil olan 35.7 m3 ərsin parafini təmizlənmişdir.                       
     Hesabat dövründə QSC-nin "Sifarişçi" təşkilatlarından olan "Suraxanı OİL" LTD-nin mədən ərazilərindən 6 603 m3 lay suyu, İxtisaslaşdırılmış Dəniz Neft Donanmasından 695 m3 döşəməaltı lyal su, Abşeron Tullantıların Emalı MMC-dən isə 157 m3 neftli - yağlı su QSC-nin istehsalat sahələrinə daşınaraq təmizlənmişdir.
     Torpaqların rekultivasiyası departamenti (TRD) də II-ci rübdə “Ekologiya İli” çərçivəsində həyata keçirilən layihələr üzrə nəzərdə tutlan işləri layiqincə yerinə yetirmişdir. Cari ildə II-ci rüb də daxil olmaqla “Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində ayrılmış neftlə çirklənmiş sahənin bioremediasiyası” müqaviləsinə əsasən ərazidən 37 min m3 şlam çıxarılmış, sahəyə 37 min  m3 ştib, 25 min m3 isə  torpaq daşınmışdır. “Siyəzənneft” NQÇİ-nin mədən ərazisində ayrılmış neftlə çirklənmiş sahələrin bioremediasiyası”  müqaviləsinə əsasən ərazidən  39 min 711 m3 şlam,   24 min 817 m3 çirkab su çıxarılmış, sahəyə 73 min 563 m3 torpaq daşınmışdır. “Abşeronneft” NQÇİ-nin neft, lay suları və digər tullantılıarla çirklənmiş ərazisinin rekultivasiyası” müqaviləsinə əsasən  ərazidən  5 min 156 m3 şlam, 4 min 558 m3 çirkab su çıxarılmış, sahəyə 10  min 134 m3 torpaq, 24 min 817 m3 ştib daşınmışdır.

    2010-cu ilin II-ci rübündə  QSC-nin Ekoloji monitorinq departamenti (EMD) tərəfindən  təsdiq olunmuş iş planına uyğun olaraq, ARDNŞ-nin  “28 may”, “Neft Daşları”, “Abşeronneft”, “Qum adası”, N.Nərimanov adına NQÇİ-də, eləcə də, “Qum adası” DQİİ, Tamponaj İdarəsi, “Abşeron” Qİİ və “Qobustan” KQİİ-də monitorinq işləri yüksək keyfiyyətlə aparılmış və müvafiq hesabatlar hazırlanmışdır.           

    Hesabat dövründə EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası QSC-nin TED –nin istehsalat sahələrində 352-yə qədər fiziki-kimyəvi və  kimyəvi təhlillər aparmış,  NQÇİ- də monitorinq işləri  zamanı götürülmüş 298-ə qədər su və torpaq nümunələri analizi edilmişdir.  “Suraxanı OyL” LTD-nin  ərazisində  formalaşmış mədən sularından nümunələr götürülərək 156-ya qədər fiziki-kimyəvi və kimyəvi təhlillər aparilmışdır.
   “Ekol mühəndislik Xidmətləri" QSC üzərinə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi sahəsində fəaliyyətini davam etdirir.

 
 
 
 
 

 

tarix : 02.07.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.