ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Fransanın “Valeurs actuelles” jurnalının əməkdaşları “Ekol Mühəndislik Xidmətləri” QSC-də olmuş və QSC-nin fəaliyyəti ilə maraqlanmışlar

        Geniş oxucu kütləsinə və yüksək reytinqə malik olan Fransanın “Valeurs  actuelles” jurnalı dövrü olaraq dünyanın inkişafda olan ayrı-ayrı dövlətləri haqqında geniş hesabat hazırlayır. Jurnalın növbəti hesabatının isə Azərbaycan Respublikasına həsr olunacağı nəzərdə tutulmuşdur. Hesabatda xarici siyasət, iqtisadiyyat, mədəniyyət sahələri ilə yanaşı ekoloji məsələlərə də geniş yer ayrılmışdır.

          Bununla əlaqədar olaraq “Valeurs actuelles” jurnalının redaktoru İsmaёl Koqui N`Douro və layihə koordinatoru Sandra Hamour Azərbaycanda olmuş, bir sıra rəsmi dövlət nümayəndələri ilə görüşmüşlər.

İyulun 2-də “Valeurs  actuelles” jurnalının redaktoru İsmaёl Koqui N`Douro və layihə koordinatoru Sandra Hamour “Ekol Mühəndislik Xidmətləri” QSC-də də olmuş və məsul işçilərin iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı qonaqlar QSC-nin həyata keçirdiyi prioritet ekoloji layihələr haqqında rəsmi saytdan və KİV-dən geniş məlumatlar əldə etdiklərini, QSC-nin fəaliyyətinin onlarda maraq doğurduğunu və bu səbəbdən də QSC haqqında məlumatın hesabata daxil olunması qərarına gəldiklərini görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini İsrafil Əliyev qonaqlara “Ekol Mühəndislik  Xidmətləri” QSC-nin yaranma tarixi, fəaliyyəti, maddi-texniki bazası və perspektiv planları haqqında geniş məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.

“Valeurs actuelles” jurnalının əməkdaşları ətraflı məlumat üçün QSC rəhbərliyinə öz minnətdarlığını bildirmiş və əldə etdikləri məlumatların hesabatda geniş yer alacağını görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
 

tarix : 05.07.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.