ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrindəki mexaniki qurğuların təmizlənməsi prosesi davam etdirilir

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də sənaye-çirkab sularının təmizlənməsidir. Sənaye çirkab sularının  norma həddinə qədər təmizlənməsi və keyfiyyəti suların təmizlənməsi texnologiyalarından, tətbiq edilən qurğu və avadanlıqların saz vəziyyətdə işləmələrindən birbaşa asılıdır.

    QSC bu fəaliyyətini Tullantıların emalı departamenti (TED) vasitəsi ilə həyata keçirir. Ay ərzində TED-nin 6-cı ( Heydər Əliyev adına BNEZ-nun  9-cu sexinin ərazisi) və 7-ci        (“Azərneftyağ” NEZ) sahələrində Almaniyanın  “Facet” şirkətinin separatorlar qurğusu, eləcə də mexaniki təmizləyici qurğular vasitəsi ilə NEZ-dan daxil olan 2 milyon m3-dən artıq sənaye-çirkab suları təmizlənərək, təmizlənmiş suların bir hissəsi texniki məqsədlər üçün emal zavodlarının təkrar istifadəsinə, bir hissəsini isə Bioloji Təmizləmə qurğusuna ötürülür.

    QSC sənaye-çirkab sularının yüksək keyfiyyətlə təmizlənməsi üçün  daim məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında yeni texnologiyaların və qurğuların tətbiqi, mexaniki təmizləyici qurğuların neftşlamdan və mexaniki çöküntülərdən təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir.

     Bununla əlaqədar olaraq iyun ayında TED-nin 6-cı sahəsində uzun illər neftşlamla dolu olan II saylı çökdürücü göldən  3 min m3-ə qədər neftşlam çıxarılaraq emal üçün diğər tutumlara ötürülmüş, çökdürücü göl yuyulub təmizlənərək yenidən istismara verilmişdir. Bu da öz növbəsində Heydər Əliyev adına BNEZ-dan daxil olan sənaye-çirtkab sularının təmizlənməsinin keyfiyyətini xeyli dərəcədə yaxşılaşdırmışdır.

    Hazırda  “Draqlayn” vasitəsi ilə TED-nin 6-cı sahəsindəki I-ci çökdürücü gölün neftşlamdan təmizlənməsi istiqamətində işlər davam etdirilir.
 
 
 

tarix : 09.07.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.