ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC yay mövsümində yaşıllıqların mühafizəsi üçün müvafiq tədbirlər həyata keçirir

     Yay mövsümində havaların isti keçməsi ilə əlaqədar olaraq  yaşıllıqlara xüsusi aqrotexniki xidmətlərin göstərilməsi, onların vaxtlı-vaxtında suvarılması və xəstəliklərdən mühafizə edilməsi xüsusi diqqət tələb edir. Bununla əlaqədar olaraq QSC-nin Torpaqların rekultivasiyası departamentinin (TRD) 3-cü sahəsi (yaşıllaşdırma üzrə) xidmət göstərdikləri ərazilərdə xüsusi iş rejimində fəaliyyət göstərir.

    TRD-nin 3-cü sahəsi hazırda Bibiheybət  (50 min ağac) və ARDNŞ-nin Qaz Emalı Zavodunun  Qaradağ sahələrindəki  (9 min ağac) mövcud yaşıllıqlara xidmət göstərir, hava şəraitinə uyğun olaraq ağacların su tələbatı təmin edilir, sahələr alaq otlarından təmizlənir və ərazilərə mövsümi üzvi gübrələr verilir.

    Cari ilin aprel ayında QSC tərəfindən Bibiheybət sahəsində 1.2 hektar ərazidə həm aqrotexniki, həm də iqtisadı cəhətdən səmərəli olan damcı suvarma sistemi quraşdırılmışdır ki, bu da öz müsbət nəticələrini verməkdədir. Hazırda “Azneft” İB tərəfindən Bibiheybət sahəsində 6.6 hektarlıq ərazidə damcı suvarma sisteminin quraşdırılması istiqamətində hazırlıq işləri görülür.

     Bunla yanaşı peşəkar aqronomlar və bağbanlar tərəfindən hazırda, Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala qəsəbəsi) əkilmiş 2 600 qədər ağaca,  QSC-nin istifadəsində olan, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən qeyri yaşayış sahəsində (A-4 qurğusu adlanan) əkilmiş 1 200 ədəd ağaca, 600 ədəd bəzək kollarına və 300 qədər gül kollarına, eləcə də O.Vəliyev ünvanındakı istehsalat sahəsində olan 600 qədər ağac və kollara xüsusi mövsümi aqrotexniki xidmətlər göstərilir.

    ”Ekol Mühəndislik Xidmətləri” QSC ekoloji vəziyyətin yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən yaşıllıqların mühafizəsi, xüsusilə yay mövsümində bitkilərin suya və üzvü gübrələrə olan tələbatının  təmin edilməsi, yaşıllıq sahələrinin alaq otlarından təmizlənməsi və digər aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlərini davam etdirir.

 
 
 

tarix : 16.07.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.