ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ARDNŞ-nin rəhbər işçiləri “Siyəzənneft” NQÇİ mədən ərazilərində görülən işlərlə tanış olmuşlar

   2010-cu ildə “Ekologiya İli” çərçivəsində  Neftqazçıxarma idarələrinin mədən ərazilərində həyata keçirilən ekoloji layihələr daim ARDNŞ rəhbərliyinin diqqət mərkəzindədir.

      Bununla əlaqədar olaraq iyulun 22-də  ARDNŞ-nin neftin, qazın hasilatı üzrə vitse-prezidenti Rəhman Qurbanov, ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev, Şirkətin  Kapital qoyuluşları idarəsinin  rəisi Ağasəf Əliyev, “Azneft” İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov və digər rəhbər işçilər “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində olmuşlar.

    ARDNŞ-nin rəhbər işçiləri ümumi istehsalat, tikinti və yenidənqurma işləri ilə yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində ayrılmış neftlə çirklənmiş sahələrin bioremediasiyası işləri ilə yaxından tanış olaraq bu sahədə görülən işlərdən razı qalmış və əlavə tapşırıqlarını vermişlər.

    QSC-nin baş direktoru Ramil Əliyev və baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov layihə sahələrində çalışan işçilərin iş şəraiti, iş prosesləri və təchizat məsələləri ilə maraqlanmış, layihənin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün operativ qərarlar qəbul etmişlər.

   “Siyəsənneft” NQÇİ-nin mədən ərazilərində ayrılmış neftlə çirklənmiş sahələrin bioremediasiyası layihəsi uğurla davam etdirilir.
 

 

tarix : 26.07.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.