ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində torpaqlama və yaşıllıqlara qulluq işləri uğurla yerinə yetirilir

   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi layihələrdən biri də Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) mədən ərazisinin 10 hektar sahəsində şlamın bioremediasiya layihəsidir.

    2010-cu ilin fevral ayından icrasına başlanmış layihənin icrası QSC-nin Torpaqların rekultivasiyası departamenti (TRD) tərəfindən öz ahəngi ilə davam etdirilir. Bu dövr ərzində ərazidən  36 min m3-dən artıq uzun illər yığılıb qalmış şlam çıxarılmışdır. Hazırda şlamın bioremediasiyası prosesi davam etdirilir.

    Bununla yanaşı  şlam çıxarılmış sahələrin torpaqlanması işləri də uğurla davam etdirilir. Bu günə qədər həmin ərazilərə 40 min m3 -dən çox  torpaq daşınmış və hamarlama işləri aparılmışdır.

     Z.Tağıyev adına NQÇİ mədən ərazisinin layihə sahəsində 2 120-dən çox mühitə davamlı ağac əkilmiş və 95 %-ə qədər bitiş alınmışdır. TRD-nin 3-cü sahəsi (yaşıllaşdırma üzrə) isti yay günlərində ağacların vaxtı-vaxtında suvarılması və aqrotexniki xidmətlərin göstərilməsi üçün xüsusi rejimdə işləyirlər. Yaşıllıqların mühafizə olunması üçün ərazi  dəmir torlarla çəpərlənmiş və sahədə xeyli abadlıq işləri görülmüşdür. Layihə üzrə görülən işlər sayəsində ərazinin görkəmi tamamilə dəyişmişdir.

   Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində layihənin icrası QSC-nin TRD  tərəfindən fasiləsiz olaraq davam etdirilir.
 
 
 

tarix : 28.07.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.