ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi ekoloji layihələrin həyata keçirilməsinə öz layiqli töhfələrini verir

     Ekoloji layihələrin, xüsusilə  torpaqların rekultivasiyası və bioremediasiyası layihələrinin həyata keçirilməsində xüsusi texnikanın və nəqliyyat vasitələrinin rolu danılmazdır. Bununla əlaqədar olaraq QSC-nin Nəqliyyat sexinin  maddi-texniki bazası günü-gündən gücləndirilir və sexin texnikaları layihələrin icrasına yaxından cəlb edilir.

      Cari ildə Nəqliyyat sexinin kollektivi xüsusi nəqliyyat vasitələri və texnikalarla QSC-nin həyata keçirdiyi ekoloji layihələrdə yaxından iştirak edərək, “Sifarişçi” təşkilatlarla olan müqavilə öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində yaxından iştirak etmişlər.

      Müvafiq dövr ərzində  Nəqliyyat sexinin lilsovuran nəqliyyat vasitələri ilə “Siyəzənneft” NQÇİ-nin  mədən ərazisindən  3 900 m3 çirkab su daşınmış,  özüboşaldan  nəqliyyat vasitələri ilə Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindən (Qala qəsəbəsi) 3 700 m3 şlam, 3 650 m3 ştif, 2 500 m3 torpaq daşınaraq sexin xüsusi təyinatlı texnikaları vasitəsi ilə ərazidə torpaqlama və hamarlama işləri aparılmışdır.

      2010-cu ilin yanvar- iyun aylarında Nəqliyyat sexinin xüsusi təyinatlı nəqliyyat vasitələri ilə “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində (Pirallanı qəsəbəsi)     515 m3 şlam, 4 558 m3 çirkab su, 1 468 m3 ştib, 2 267 m3 torpaq, “Balaxanıneft” NQÇİ-nin  mədən ərazisində 489 m3 şlam və 280 m3 torpaq daşınmışdır.

     I-ci yarımillikdə Nəqliyyat sexinin lilsovuran nəqliyyat vasitələri ilə “Suraxanı OyL Opereyşn Kompani S.A.” Şirkətinin mədən ərazilərindən 11 045 m3 , Xəzər Dəniz Neft Donanmasından isə 680 m3 çirkab və lay suları daşınmışdır. Bu müddət ərzində  Heydər Əliyev adına BNEZ-da və “Azərneftyağ” NEZ-da fəaliyyət göstərən “Alfa-laval” qurğularının şlamın emalı prosesində formalaşdırdığı      5 156 m3 torpaq ( quru qalıq)   Nəqliyyat sexinin ekskovatorları və özüboşaldan nəqliyyat vasitələri ilə xüsusi ayrılmış əraziyə daşınmışdır.

    Nəqliyyat sexində olan  avtokran, avtoyükləyici, buldozer, keyz və bobker keyz digər markalı texnikalardan gündəlik istehsalat proseslərində istifadə edilməklə yanaşı, işçilərin iş yerlərinə aparılıb–gətirilməsi, operativ istehsalat məsələlərinin həll olunması, işçilərin yay istirahətlərinin təşkil edilməsi məqsədilə avtobuslardan və minik maşınlarından  da səmərəli istifadə olunur.

      Sexdə fəaliyyət göstərən mühəndis-texniki işçilər və mexanik-çilingər heyəti  öz vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər. Nəqliyyat vasitələri gündəlik yol vərəqələri  və yanacaq-sürtgü materialları ilə təmin olunur. Təmirə ehtiyacı olan nəqliyyat vasitələrinə və xüsusi texnikaya lazımı texniki xidmət göstərilir. Sexin kollektivi QSC-nin  ictimai-sosial həyatında da fəal iştirak edirlər.

     Nəqliyyat sexinin maddi-texniki bazasının gücləndirilməsi və daha da inkişaf etdirilməsi daim QSC rəhbərliyinin diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki. Ötən 6 ay ərzində 2 ədəd  (28+1) avtobus, 2 ədəd minik avtomobili, 1 ədəd traktor, 1 ədəd droqlayn və 1 ədəd avtokran alınaraq istismara verilmişdir.

     “Ekol Mühəndislik Xidmətləri” QSC–nin fəaliyyətində xüsusi texnikanın və nəqliyyat vasitələrinin  böyük əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, Nəqliyyat sexinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 
 
 

tarix : 02.08.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.