ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin istehsalat sahələrində yenidənqurma və abadlaşdırma işləri yüksək templə aparılır

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyət sahələrinin genişlənməsi və onun maddi-texniki bazasının gücləndirilməsi daim təsisçilərin diqqət mərkəzindədir. Müasir texnika və texnologiyaların  alınıb istehsalata tətbiq edilməsi ilə yanaşı ARDNŞ-nin  struktur bölmələrinin balansında olan  müvafiq qurğuların və qeyri yaşayış sahələrinin QSC-nin istifadəsinə verilməsi də maddi-texniki bazanın gücləndirilməsinə təkan verən tədbirlər silsiləsindəndir.

      Bu önəmli tədbirlərdən biri də ötən ilin oktyabr ayında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin  20.10.2009-cu il tarixli, 102 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən,  ümumi sahəsi 414.3 m2 təşkil edən və ARDNŞ-nin  Ekologiya İdarəsinin balansında olmuş qeyri-yaşayış sahəsinin xidməti məqsədlər üçün   QSC-nin istifadəsinə verilməsidir.

      A-4 qurğusu adlandırılan bu qeyri-yaşayış sahəsi QSC-nin müvafiq struktur bölmələrinin yerləşdirilməsi və yeni fəaliyyət sahələri üçün nəzərdə tutulur. Bununla əlaqədar cari ilin əvvəlindən burada rekonstruksiya və abadlaşdırma işlərinə başlanılmışdır.

     Bu müddət ərzində qeyri-yaşayış sahəsinin ətrafındakı ərazilərdə torpaq hamarlama işləri aparılmış, həmin sahələrdə 2000-dən çox ağac və bəzək kolları əkilmişdir. A-4 qurğusuna yeni su və qaz xətləri çəkilmiş, ərazidəki daxili yollar yenidən təmir olunmuşdur. Sahənin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə ərazidə yeni transformator quraşdırılmış, inzibati binada əsaslı təmir işləri  yerinə yetirilmişdir.

    Hazırda “Ekol Mühəndislik Xidmətləri” QSC–ni həyata keçirdiyi ekoloji layihələrdə və istehsalat sahələrində istifadə olunan mühitə davamlı ağaclar və bəzək kolları ilə təmin etmək məqsədilə, A-4 qurğusunun ərazisindəki yardımçı binada tinglik (şitillik) təsərrüfatının yaradılması  istiqamətində rekonstruksiya və təmir işləri aparılır.

     A-4 qurğusunda yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri yüksək templə davam etdirilir.

 
 
 

tarix : 10.08.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.