ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC –nin ictimai əlaqələri genişdir

      “Ekol Mühəndislik Xidmətləri” QSC  həyata keçirdiyi ekoloji layihələr, yeni texnika və texnologiyaların tətbiqi, əməkdaşlıq münasibətləri və digər fəaliyyət sahələri barədə daim ictimaiyyəti məlumatlandırır. Bu məqsədlə  QSC –nin  daim yeniləşən www. ekol.az  veb saytında gündəlik informasiyalar yerləşdirilir və respublikanın  KİV –də  müxtəlif məzmunlu materiallar dərc olunur.

       2010-c ilın müvafiq dövrü ərzində QSC-nin  veb saytında 60-dan çox operativ informasiya yerləşdirilmiş, QSC-nin fəaliyyəti haqqında “İki sahil, “Respublika”, “Xalq”, “Вышка” qəzetlərində və “Caspian Energy”, “Business Time” jurnallarında 28 -ə qədər yazı dərc olunmuş,  dövrü olaraq AztV, ANS, “Space” və “Xəzər” telekanallarında “Ekologiya İli”nə həsr olunmuş reklam çarxları nümayiş etdirilmişdir.

      Bununla yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC  respublikamızda keçirilən yerli və beynəlxalq əhəmiyyətli sərgilərin iştirakçısı olmuş və bu sərgilərdə fəaliyyətini əks etdirən stendlərini nümayiş etdirmişdir.  QSC “Ekologiya İli” çərçivəsində üzvü olduğu Amerika Ticarət Palatası ilə birgə Bakı məktəblərində ekoloji maarifləndirmə aksiyasını uğurla başa vurmuşdur.

      Hazırda QSC  2010-cu ilin 16-18 sentyabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək beynəlxalq ekoloji sərgi və 20 sentyabr “Neftçilər bayramı” ilə əlaqədar ciddi hazırlıq işlərinə başlamışdır.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ictimai əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
 
 

tarix : 12.08.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.