ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin istehsalat sahələrində yanğın təhlükəsizliyi daim diqqət mərkəzindədir

   Ekol Mühəndislik Xidmətləri” QSC   fəaliyyətində texniki təhlükəsizlik qaydalarına əməl olunması və istehsalat sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır və təsdiq olunmuş tədbirlər planına əsasən ardıcıl tədbirlər həyata  keçirilir. Müvafiq olaraq iyul-avqust aylarında QSC-nin Tullantıların emalı departamentinin 6-cı və 7-ci sahələrində yanğın təhlükəsizliyi ilə əlaqədar mühüm işlər yerinə yetirilmişdir.

     TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) A-1 və A-2 qəza anbarlarında yanğın təhlükəsizliyini minumuma endirmək üçün 4 ədəd 100 litrlik köpüklü odsöndürən balon qoyulmuş, sahənin yarımavtomatik köpüklə yanğınsöndürmə sisteminin hidratları üçün 10 ədəd 20 metrlik yanğınsöndürmə (şlanqı püskürücü ilə) dəsti sahəyə yerləşdirilmişdir. Bundan başqa yarımavtomatik köpüklə yanğınsöndürmə sisteminin bəzi boru xətləri dəyişdirilərək yerüstü xətlə əvəz olunmuşdur. Hazırda yanğın su çənlərinə gələn xətlərin yenisi ilə əvəz olunması işləri davam etdirilir.

      TED-nin 7-ci sahəsində də (“Azərneftyağ” NEZ-nun ərazisi) yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər görülür. Sahədə köpük əmələ gətirici generatorunun dəmir torları dəyişdirilir, bəzi sahələrdə isə köpüklə yanğınsöndürmə sistemi yenidən qurulur. 7-ci sahə üçün 20 ədədə qədər köpük əmələ gətirici generator alınmışdır.

      QSC-nin  istehsalat sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

 
 
 

tarix : 16.08.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.