ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətlər”QSC-də Montana state University tələbələri ilə görüş keçirilmişdir

    Avqustun 17-də, ARDNŞ tərəfindən respublikamızda qonaq olan Montana state University tələbələri üçün “Ekologiya günü” təşkil edilmişdir. Universitet tələbələri əvvəlcə  ARDNŞ-nin Ekologiya idarəsində olmuşlar. Burada qonaqlara İdarənin fəaliyyəti haqqında müfəssəl məlumatlar verilmiş, sonra onlar Xəzər rayonunun Qala qəsəbəsindəki “Ekoloji park”a gəlmişlər.

    Burada tələbələrə “Ekoloji park”ın yaradılması tarixçəsi, görülən işlər və parkın baş planı haqqında ilkin məlumatlar verilmişdir. Ənənəvi olaraq,  “Hərəyə bir ağac əkək” çağırışına qoşularaq qonaqlar parkda ağac əkmiş və əkilmiş ağacların üzərində əkən şəxsin adı yazılmış etiketlər asılmışdır.

    Amerikalı tələbələr eyni zamanda “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Qala qəsəbəsində, Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisindəki  bioremediasiya sahəsində, Ekologiya İdarəsinin Ekoloji monitorinq departamentində və Kompleks tədqiqatlar laboratoriyasında da olmuş, burada onlar ətraflı məlumatlar əldə etmişlər.

    Montana state University tələbələri günün  II-ci yarısında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisinə gəlmiş, yeni istifadəyə verilmiş, müasir tipli yeməkxanada qonaqlar üçün nahar süfrəsi təşkil olunmuşdur. Nahardan sonra konfrans zalında tələbələrlə görüş keçirilmişdir.

    Görüşdə baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq, onlara QSC-nin yaranma tarixi, fəaliyyəti və xarici əlaqələri barədə geniş məlumat vermişdir. Sonra tələbələrə   QSC-nin fəaliyyətini əks etdirən prezentasiya təqdim olunmuş və onları maraqlandırılan suallar cavablandırılmışdır.

    Daha sonra Amerikalı tələbələr QSC-nin istehsalat sahələri ilə tanışlıq məqsədi ilə, Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin  ərazisində fəaliyyət göstərən Tullantıların emalı departamentinin 7-ci sahəsində olmuşlar. Burada qonaqlara təmizləyici qurğuların iş prinsipi, sənaye-çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, eləcə də parafinin təmizlənməsi texnologiyaları haqqında məlumat verilmişdir.

    Sonda qonaqlar “Bibiheybnətneft” NQÇİ-nin mədən ərazisinə gəlmiş, onlara Bibiheybətin tarixi haqqında qısa məlumat verilmiş, ərazidə  QSC-nin xidmət göstərdiyi  yaşıllıq  sahələri  ilə tanış  edilmişlər.  Bununla da, ARDNŞ tərəfindən Amerikanın Montana state University tələbələri üçün təşkil olunmuş “Ekologiya günü” xoş təəssüratla başa çatmışdır.

    
 
 

tarix : 18.08.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.