“Ekol Mühəndislik Xidmətləri” QSC-nin maliyyə dəstəyi və Həmkarlar Komitəsinin təşkilatçılığı ilə, işçilərin iyunun 25-dən Nabran İstirahət zonasının “Malibu” İstirahət Mərkəzində təşkil olunmuş yay istirahəti avqust ayında başa çatmışdır.
Cari mövsümdə işçilərin yay istirahəti səmərəli və mənalı təşkil edilmiş, QSC- də çalışan 265-dən çox işçinin istirahəti üçün əlverişli şərait yaradılmışdır. Bundan başqa 15-ə qədər işçinin və onların ailə üzvlərinin “Relaks” və “Elay” İstirahət Mərkəzlərində 2-5 günlük istirahətləri təmin olunmuşdur.
tarix : 23.08.2010
|