ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndiuslik Xidmətləri” QSC-nin baş ofisində ARDNŞ-nin əməkdaşları ilə görüş keçirilmişdir

   Avqustun 26-da QSC-nin baş ofisində ARDNŞ-nin I-ci vitse-prezidentinin müşaviri, professor  Eldar Şahbazov başda olmaqla bir qrup əməkdaşlarla görüş keçirilmişdir. Görüşdə QSC-nin rəhbərliyi, departament rəisləri və mütəxəssislər iştirak etmişlər.

     Baş direktor Ramil Əliyev qonaqları səmimi salamlayaraq,  QSC-nin gördüyü işlər və “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi ekoloji layihələr haqqında geniş məlumat vermişdir.

     Professor Eldar Şahbazov QSC-nin yerinə yetirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirərək,  sənaye-çirkab suların təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların bioremediasiyası  sahəsində nanotexnologiyaların tətbiqi  və məqsədəuyğunluğu haqqında görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Bu məsələ görüş iştirakçıları tərəfindən geniş müzakirə olunmuşdur.

    Qərara alınmışdır ki, sənaye-çirkab suların təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların bioremediasiyası  sahəsində nanotexnologiyaların QSC-nin istehsalat sahələrinə tətbiqi  üçün, ilkin mərhələdə QSC-nin  Ekoloji monitorinq departamentinin Kompleks tədqiqatlar laboratoriyasında, sonrakı mərhələdə isə təmizləyici qurğularda sınaq işləri aparılsın. ARDNŞ-nin əməkdaşları texnoloji proseslərlə yerində tanış olmaq üçün QSC-nin istehsalat sahələrində və Kompleks tədqiqatlar laboratoriyasında olmuşlar.

     Yekunda nanotexnologiyaların istehsalata tətbiqi məqsədilə, ARDNŞ ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2010-2013-cü illər üçün tədbirlər planının hazırlanması, laboratoriya sınaqlarına hazırlıq  işlərinə başlanılması və işçi qrupunun yaradılması qərara alınmışdır.

 
 
 

tarix : 27.08.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.