ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Almaniyanın “Wintershall” Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

 “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyəti, texniki imkanları və həyata keçirdiyi ekoloji layihələrlə tanışlıq məqsədilə, ötən həftə Almaniyanın “Wintershall” şirkətinin nümayəndələri QSC-nin baş ofisində olmuş və tərəflər arasında işgüzar görüş keçirilmişdir.

   Qonaqları salamlayan baş direktor  Ramil Əliyev rəhbərlik etdiyi QSC-nin fəaliyyətinin və həyata keçirdiyi ekoloji layihələrin xarici şirkətlərdə maraq doğurmasını müsbət hal kimi qiymətləndirmiş, belə görüşlərin QSC-nin inkişafında və xarici əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulamışdır. Baş direktor “Wintershall” şirkətinin dünyada neftin hasilatı sahəsində tanınmış şirkətlərdən olduğunu və bu işgüzar görüşün də hər iki tərəf üçün səmərəli olacağına əminliyini bildirmişdir.

  “Wintershall” şirkətinin  Biznesin inkişafı üzrə rəhbəri Helmut Berchelmann, Yeni layihələr üzrə böyük məsləhətçisi Karsten Battermann səmimi qəbul üçün QSC-nin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

     Almaniyalı qonaqlar gələcəkdə respublikamızda  fəaliyyət göstərmək niyyətində olduqlarını, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  ekologiya sahəsində mühüm layihələr həyata keçirən və yüksək səviyyəli, çoxsahəli mühəndislik xidmətləri göstərən bir şirkət kimi tanıdıqlarını və bununla da əlaqədar bu görüşə böyük önəm verdiklərini görüş iştirakçılarının diqqətinə çatdırmışlar. Qonaqlar qeyd etmişlər ki,    əgər gələcəkdə “Wintershall” şirkətinin respublikamızda neftin hasilatı sahəsində hər hansı bir layihəsinin reallaşdırıldığı halda, ekologiya sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC ilə   əməkdaşlıq etmək niyyətindədirlər.

   Görüşdə QSC-nin və “Wintershall” şirkətinin  prezentasiyaları keçirilmiş, qarşılıqlı müzakirələr aparılmışdır.
 

tarix : 30.08.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.