ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Siyəzənneft” NQÇİ-nin mədən ərazisində ayrılmış neftlə çirklənmiş sahələrdə bioremediasiya işlərinin əsas mərhələsinə başlanmışdır

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların rekultivasiyası departamenti müqavilə şərtlərinə uyğun olaraq,  “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində bioremediasiya işlərinin əsas mərhələsinə başlamışdır.

     Cari ilin fevral ayından başlayaraq indiyədək layihə ərazilərindən  46 min m3-ə qədər neftşlam, 28 min m3- ə qədər çirkab su çıxarılmış, həmin ərazilərə  90 min m3 -ə qədər torpaq daşınmışdır.

    Müvafiq dövrdə “Siyəzənneft” NQÇİ-nin NYM –də (10 ha)  layihə üzrə  işlər başa çatdırılmış və yaşıllaşdırma tədbirləri görülmüşdür. Hazırda isə Ataçay   ( 6 ha), Sadan  ( 1.5 ha) və Gil-qil çay ( 7 ha) mədən ərazilərində  bioremediasiya işlərinin əsas mərhələsi həyata keçirilir. Bu məqsədlə çirklənmiş ərazilərdən çıxarılmış neftşlam bioremediasiya sahələrinə daşınaraq yayılmış, həmin sahələrə 2.4 m3 saman, 807 m3 peyin,  7 tona qədər ammofoska və 7 tona qədər nitrofoska gübrələri verilmişdir.

     “Ekologiya İli” çərçivəsində “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların bioremediasiyasının nəzərdə tutulmuş müddətdə başa çatdırılması məqsədilə, qüvvələr səfərbər edilmiş və işlərin fasiləsizliyi təmin olunmuşdur. Layihə üzrə işlər yerinə yetirildikcə, Bakıdan 90 km-lik bir məsafədə yerləşən, öz əsrarəngiz gözəlliyi ilə seçilən Siyəzən rayonunun dağlar qoynundakı mədən ərazilərinin də görkəmi dəyişir və öz əvvəlki təbii mənzərəsi bərpa olunur.

 
 
 

tarix : 01.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.