ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“SOCAR Yay Məktəbi”nin iştirakçıları “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində olmuşlar

    ARDNŞ ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz fəaliyyəti ilə yanaşı,  müxtəlif sahələrdə mühüm  əhəmiyyətli  layihələr həyata keçirir. Bu layihələrdən biri də möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildən başlayaraq Şirkətin  Xaricdə Təhsil layihəsidir. Bu müddət ərzində respublikamızın onlarla bacarıqlı gəncləri dünyanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirirlər. ARDNŞ-nin xətti ilə 102 tələbə dünyanın  ən yaxşı ali məktəblərində təhsil alır. Bundan əlavə 50 nəfərə qədər tələbə isə ali təhsilini başa vuraraq Vətənə qayıdıb və Dövlət Neft Şirkətində işlə təmin olunublar. Hazırda  həyata keçirilən “SOCAR Yay Məktəbi” layihəsinin iştirakçıları da Şirkətin Təqaüd Proqramı əsasında  xaricdə təhsillərini başa vurub geri qayıtmış  gənclərindən ibarətdir.

      ARDNŞ-nin  maddi dəstəyi ilə tələbələr üçün təşkil olunmuş “SOCAR Yay Məktəbi”ndə 30 nəfər -21 oğlan, 9 qız iştirak edir. İştirakçılar 29 avqust - 6 sentyabr tarixlərində Şıx çimərliyində yerləşən “Ramada” otelində qalacaqlar.

     Yay Məktəbinin Proqramı enerji sektorunun bütün sahələrini -neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilat, nəqli və saxlanması, neft-qaz emalı və neft kimyası, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının  satışı sahələrini əhatə edəcəkdir. İştirakçılar interaktiv qaydada Şirkətin rəhbər işçilərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcək, ARDNŞ-nin  idarə və müəssisələrində ekskursiyalarda olacaqlar.

      Proqrama əsasən “SOCAR Yay Məktəbi”nin  iştirakçıları sentyabrın 2-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Oqtay Vəliyev-1 ünvandakı Tullantıların Emalı Departamentinin istehsalat sahələrində olmuşlar. Öncə iştirakçılar QSC-nin daxili intizam və təhlükəsizlik qaydaları ilə təlimatlandırılmış, müəssisənin  ümumi fəaliyyəti haqqında  məlumatlandırılmışlar. Sonra, iştirakçılar istehsalat sahələrində olan təmizləyici və emal qurğularının iş prinsipləri ilə yaxından tanış olmuş, onlara sənaye-çirkab sularının və parafinin təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi texnologiyaları  haqqında ətraflı məlumat verilmişdir.  QSC-nin  istehsalat fəaliyyəti  Yay Məktəbi iştirakçılarında böyük maraq doğurmuşdur.

 
 

 

tarix : 03.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.