ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir

      Xəbər verildiyi kimi,  Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin  20.10.2009-cu il tarixli, 102 saylı Sərəncamı ilə, əvvəllər ARDNŞ-nin  Ekologiya İdarəsinin  balansında olmuş,  Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən qeyri yaşayış sahəsi xidməti məqsədlər üçün QSC-nin istifadəsinə verilmişdir.

     Bir ilə yaxındır ki, A-4 adlanan bu qeyri yaşayış sahəsində əsaslı təmir, rekonstruksiya və abadlaşdırma işləri görülmüş,  ətraf ərazilərdə torpaq hamarlama işləri aparılaraq, həmin sahələrdə 2 mindən  çox ağac və bəzək kolları əkilmişdir. Qeyri –yaşayış sahəsinə yeni su və qaz xətləri çəkilmiş, ərazidəki daxili yollar yenidən təmir olunmuş, ərazidə yeni transformator quraşdrılmışdır.

     Hazırda  əsaslı təmir və rekonstruksiya işləri başa çatdırılmış və son tamamlama işləri yerinə yetirilir. Bu müddət ərzində görülmüş işlər nəticəsində qeyri –yayış sahəsinin görkəmi tamamilə dəyişmişdir.

     A-4 qurğusunun  istifadəyə hazır olması və son tamamlama işlərinin başa çatması ilə əlaqədar, qeyri-yaşayış sahəsinin ətraf ərazilərinin alaq otlarından və tullantılardan təmizlənməsi məqsədilə,  sentyabrın 4-də  QSC-nin  həmin ərazidə növbəti iməciliyi  keçirilmişdir.

    İməcilikdə QSC-nin rəhbərliyi və  yüz nəfərdən artıq kollektivin nümayəndələri iştirak etmişdir. Keçirilən tədbir zamanı ətraf ərazilərdən xeyli alaq otları və tullantılar yığılaraq sahədən kənarlaşdırılmış ,  abadlıq işləri görülmüş və ətrafda səliqə-sahman yaradılmışdır.
 
 
 
 
 

tarix : 06.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.