Bütün İslam dünyasının, eləcə də xalqımızın ən əziz bayramlarından olan, ayların sultanı “Ramazan” bayramı Respublikamızın hər yerində olduğu kimi sentyabrın 8-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də də təntənə ilə qeyd edilmişdir.
Bu münasibətlə rəhbərliyinin və kollektivin oruc tutan nümayəndələrinin iştirakı ilə QSC-nin baş ofisində, Tullantıların emalı departamentinin 6-cı ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci ( “Azərneftyağ” NEZ) sahələrində toplantılar keçirilmişdir.
Tədbirlərdə iştirak edən QSC-nin baş direktoru Ramil Əliyev çıxış edərək iştirakçıları təbrik etdi və Tanrıdan müqəddəs Ramazan ayının xalqımıza sülh, əmin-amanlıq və firavanlıq bəxş etməsini, orucların qəbul olunmasını dilədi.
Çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun ümumi işlər üzrə müavini İsrafil Əliyev, baş direktorun məsləhətçisi Kamil Akimov, Maliyyə və uçot departamentinin rəisi Əli Bağışov, Həmkarlar Komitəsinin sədri Əli Ələkbərov, İctimai Sosial şöbənin rəisi Fəxrəddin Quliyev və başqaları oruc tutanları və kollektivin bütün üzvlərini bu müqəddəs bayram münasibəti ilə təbrik etdilər və Ulu Tanrının nəzərinin daimi azərbaycan xalqının üzərində olmasını arzuladılar.
Sonda QSC-nin oruc tutan işçilərinə bayram sovqatı, ərzaq paylandı. Oruc tutan işçilər bu diqqətə və qayğıya görə rəhbərliyə öz minnətdarlıqlarını bildirdilər, Uca Yaradandan xalqımıza və QSC-nin kollektivinə əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq dilədilər.
tarix : 08.09.2010
|