ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat müşavirəsi keçirilmişdir

      Sentyabrın 8-də QSC-nin baş ofisində rəhbərliyin, departament, şöbə və sex rəislərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev  öncə tədbir iştirakçılarını müqəddəs “Ramazan” bayramı münasibəti ilə təbrik etmiş, onlara Ulu Tanrıdan can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulamışdır. Sonra Ramil Əliyev baş direktorun məsləhətçisi Kamil Akimovu ”1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 İlliyi” yubiley medalı ilə təltif olunması münasibəti ilə təbrik etmişdir. Tədbir iştirakçıları da bu təbrikə qoşulmuşlar.

     Müşavirədə QSC-nin istehsalat işlərinin hazırkı vəziyyəti, həyata keçirilən ekoloji layihələr  və qarşıdakı sərgilərə hazırlıq işləri geniş müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, müvafiq dövr ərzində istehsalatın fasiləsizliyi və texniki təchizat məsələləri tam təmin olunmuş, “Sifarişçi” təşkilatların müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmişdir. “Siyəzənneft” NQÇİ-nin, “Balaxanıneft” NQÇİ-nin və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindən  neftşlamın çıxarılması və daşınması işləri başa çatdırılmış və bioremediasiya proseslərinə başlanılmışdır.

     Tədbirdə çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, Tullantıların emalı departamentinin rəisi Zeynal Babayev, Torpaqların rekultivasiyası departamentinin rəis müavini İdayət Hacıyev, Hüquq şöbəsinin rəisi Ruhəngiz Qəhrəmanova və başqaları istehsalatdakı mövcud problemlər və onların aradan qaldırılmasına  öz münasibətlərini bildirmişlər.

      Baş direktor Ramil Əliyev  QSC-nin struktur bölmələrinin istehsalat sahələri və ekoloji layihələr üzrə yerinə yetirdikləri işlərin qənaətbəxş olmasını qeyd etməklə yanaşı, daxili intizam qaydalarına, icra mexanizminə və mal-materialların uçot qaydalarına daha da ciddi əməl olunması barədə öz tapşırıq və tövsiyələrini vermişdir. Bununla da QSC-nin istehsalat müşavirəsi başa çatmışdır.
 
 
 

tarix : 13.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.