ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Azərbaycan yaşıl dünya naminə - 2010” beynəlxalq sərgisində iştirak edir

      Azərbaycanda  2010-cu ilin “Ekologiya İli” elan edilməsi ilə əlaqədar,  Nazirlər Kabinetinin  qərarına uyğun olaraq sentyabrın 16-da Bakıda, Heydər Əliyev adına  İdman-Konsert Kompleksində “Azərbaycan yaşıl dünya naminə -2010” adlı  beynəlxalq sərgi öz işinə başlayıb. Beynəlxalq sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi və Azərbaycan Ticarət Sənaye Palatasının təşkilatçılığı ilə keçirilir və sentyabrın 18-dək davam edəcəkdir.

     Sərginin keçirilməsində məqsəd, respublikamızda ekoloji  vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri, tətbiq olunan nanotexnologiyaları,  xarici ölkələrlə  əməkdaşlıq əlaqələrini və ölkəmizin təbii ehtiyatlarını  geniş auditoriyaya təqdim etməkdən ibarətdir. Sərgiyə ekoloji problemlərin həlli ilə məşğul olan 30-a qədər yerli və xarici şirkətlər, dövlət və QH təşkilatları qatılmışlar.

   Sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,  Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, ARDNŞ-ın Ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev, digər dövlət rəsmiləri, şirkət və müəssisə rəhbərləri iştirak etmişlər.

    “Azərbaycan yaşıl dünya naminə-2010” beynəlxalq sərgidə “Ekol Mühəndislik Xidmətləri” QSC üçün ayrılmış pavilyonda QSC öz fəaliyyətini, ekologiya sahəsində əldə etdiyi nailiyyətlərini texnika və texnologiyalarını əks etdirən yüksək tərtibatlı stend və maketləri, elektron məlumat bazasını, video çarxları və tullantılardan səmərəli istifadə olunaraq hazırlanmış eksponatları sərgi iştirakçılarına  təqdim etmişdir.

     Sərgidə iştirak edən dövlət rəsmiləri  “Ekol Mühəndislik Xidmətləri” QSC -nin də pavilyonunda olmuş, sərgi materiallarını diqqətlə izləmişlər. Baş direktor Ramil Əliyev dövlət rəsmilərinə QSC-nin fəaliyyəti, texniki imkanları və 2010-cu il, “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi ekoloji layihələr barədə geniş məlumat vermişdir. Sərgi materialları və verilən məlumatlar dövlət rəsmiləri tərəfindən maraqla qarşılanmışdır.

     Bu sərgidə maraqlı təqdimatı ilə iştirakçıların diqqətini cəlb edən “Ekol Mühəndislik Xidmətləri” QSC,  20 sentyabr “Neftçilər Günü” ilə əlaqədar Milli Parkda təşkil olunacaq sərgiyə də ciddi hazırlaşmış və bu sərgidə daha geniş proqramla iştirak edəcəkdir.

 
 
 

tarix : 17.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.