ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 20 sentyabr “Neftçilər günü”nə öz layiqli tövhələrini vermişdir

    Əlverişli coğrafi məkana zəngin təbii  resurslara malik olan ölkəmiz daim dünyanın diqqət mərkəzində  olub və zaman keçdikcə bu maraq daha da artır. Təbii ki, bu Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ilə bilavasitə bağlıdır. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə digər istiqamətlərdə olduğu kimi iqtisadi sahədə də inkişafın əsası qoyuldu.

       Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin gərgin səylərinin  nəticəsi olaraq, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli şirkətinin  iştirakı ilə şanlı tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin  imzalanması müstəqil Respublikamızın  ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.

     Əsası  ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyası  ölkə  Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir və iqtisadiyyatımızın  dinamik inkişafına güclü təkan vermiş bu strategiya Azərbaycanı ən sürətlə irəliləyən ölkələr sırasına çatdırmışdır. Gün-gündən müasirləşən şəhər və kəndlərimizin siması bu davamlı yüksəlişi əks etdirir.

    “Əsrin müqaviləsi” neft sazişlərinin imzalanmasından ötən 16 il Azərbaycanın  neft-qaz sənayesinin, bütövlükdə iqtisadiyyatımızın inkişafı, ölkəmizin dünyada böyük nüfuz qazanması, etibarlı tərəfdaşa çevrilməsi, hər bir Azərbaycan vətəndaşının sosial rifah halının yüksəlməsi ilə əlamətdar olmuşdur. Prezident İlham  Əliyevin dediyi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi. “Neft sənayesi uzun illər bundan sonra da Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir. ”

    Bu gün ölkəmizin neft-qaz sənayesinin flaqmanı olan ARDNŞ,  yeni neft strategiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi, neft və qaz hasilatının artırılması, respublikamızda və xarici dövlətlərdə neft emalı sənayesinə sərmayələrin qoyulması ilə yanaşı, iri maliyyə tutumlu sosial və ekoloji layihələri də uğurla həyata keçirir.

     Yeni neft strategiyasının  həyata keçirilməsi bütün sahələrdə olduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin də inkişafına və fəaliyyət sahələrinin genişlənməsinə böyük təkan vermişdir.

     Ötən dövr ərzində QSC ölkə başçısının  28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı və ARDNŞ-nin Ekoloji Siyasətini özünün fəaliyyət proqramı kimi qəbul edərək  üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə  ölkəmizdə genişmiqyaslı dövlət proqramları həyata keçirilir. ARDNŞ də bu  missiyanı uğurla reallaşdırır. “Ekol Mühəndislik Xidmətləri” QSC isə “Ekologiya ili” çərçivəsində Şirkətin bir sıra ekoloji layihələrinin icra olunmasında yaxından iştirak edir. Bu layihələr sırasında  “Azneft” İB ilə birgə Z.Tağıyev adına NQÇ-nin mədən ərazisində torpaqların bioremediasiyası, “Siyəzənneft” NQÇİ-nin, “Abşeronneft” NQÇİ-nin və “Balaxanıneft” NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların bioremediasiyasi layihələri xüsusi əhəmiyyət kəsb edir.

     Ötən bir il müddətində  özünün fəaliyyət sahələrinin genişləndirilməsi və maddi-texniki bazasının gücləndirilməsi sahəsində də əsaslı işlər görmüş QSC,    ARDNŞ-nin həyata keçirəcəyi ekoloji layihələrin icrası istiqamətində  əzmlə çalışır. Özünün güclü potensial  və müasir imici olan bir şirkətə çevrilməsini qarşıya məqsəd qoymuşdur.

    “Əsrin müqaviləsi”nin Azərbaycanın və region ölkələrin iqtisadi inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında Sərəncam imzalamışdır.  Artıq 9 ildir ki, neftçilər öz peşə bayramlarını təntənə ilə qeyd edirlər.

    2010-cu il Sentyabrın 20-də də neftçilər öz növbəti peşə bayramlarını təntənə ilə qeyd etmiş , ARDNŞ-nin təşkilatçılığı ilə Milli Parkda geniş sərgi və konsert proqramı təşkil olunmuşdur. “Ekol Mühəndislik Xidmətləri” QSC -də hər il olduğu kimi, bu ildə yeni çalarlarla öz maraqlı stendi və eksponatları ilə bu sərgidə iştirak etmişdir. “Neftçilər günü” nə həsr olunmuş və iki gün davam edən sərgidə QSC-nin stendi  iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

     Sentyabrın 20-də Baş nazirin I müavini Yaqub Eyyubov, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev,  İqtisadi İnkişaf Naziri  Şahin Mustafayev və  Dövlət Neft Şirkətinin  digər rəsmi nümayəndələri də sərgi ilə tanış olmuşlar. QSC-nin  yüksək tərtibatlı stendi və tullantılardan hazırlanmış eksponatları Şirkət rəhbərliyinin böyük marağına səbəb olmuşdur. Stend qarşısında QSC-nin baş direktoru Ramil Əliyev ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə və digər rəsmilərə qısa məlumat vermişdir. Rövnəq Abdullayev QSC-nin  kollektivini bayram münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır.

     Neftçilərin peşə bayramı gecə yarısınadək konsert proqramı ilə davam etmişdir.
 

 
 

tarix : 21.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.