ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Abşeronneft” NQÇİ-nin çirklənmiş mədən ərazilərində bioremediasiya işlərinə başlanılmışdır

    ARDNŞ-nin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 2010-cu ildə “Ekologiya ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  həyata keçirdiyi layihələrdən biri də,  “Azneft” İstehsalat Birliyi ilə bağlanmış müqavilə əsasında “Abşeronneft” NQÇİ-nin  neft, lay suları və digər tullantılarla çirklənmiş ərazisinin rekultivasiyası” layihəsidir.

     2010-cu ilin aprel ayında icrasına başlanılmış layihənin  birinci mərhələsində, QSC tərəfindən “Abşeronneft NQÇİ-nin  6 hektara qədər ərazisində rekultivasiya işləri görülərək ərazidən 4 558 m3  lay suyu çıxarılmış, 5 156 m3 neftşlam  şlam anbarına  daşınmış,  həmin sahələrə 20 267 m3 ştib və torpaq daşınaraq hamarlama işləri aparılmışdır. Əlavə olaraq şlam anbarına 14 min m3-ə qədər ştib daşınaraq bənd bərkitmə işləri yerinə yetirilmişdir.

    Müqavilənin tərkib hissəsi olaraq, sentyabrın 20-dən  QSC  “Abşeronneft” NQÇİ-nin  mədən ərazisində layihənin yeni bir mərhələsinə başlamışdır. Bu mərhələdə 5 hektar sahədə  20 min m3-ə qədər neftlə çirklənmiş torpaqların bioremediasiyası nəzərdə tutulmuşdur. Layihənin icrası ilə əlaqədar olaraq, QSC-nin xüsusi texnikaları və işçi qüvvəsi cəlb olunaraq 3 gün ərzində  bioremediasiya sahəsinə 900 m3-ə qədər çirklənmiş torpaq daşınmış və digər hazırlıq işlərinə başlanılmışdır.
 
 
 

tarix : 24.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.