ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

BP Azərbaycan şirkətinin mütəxəssisləri “Ekol Mühəndislik Xidmətləri” QSC-nin mütəxəssisləri ilə birgə çirkab suların təmizlənməsi prosesinin test sınaqlarını keçirmişlər

       Ekol Mühəndislik Xidmətləri” QSC xeyli müddətdir ki, respublikamızda neft hasilatı ilə məşğul olan  BP Azərbaycan şirkəti ilə sıx əməkdaşlıq edir. QSC  iki dəfə BP şirkətinin “tullantıların idarə olunması” sahəsində keçirdiyi tenderlərinin qalibi olmuşdur.  2007-ci ildən başlayaraq,  müqavilə əsasında     QSC-nin “Parafinin təmizlənməsi” sexində BP Azərbaycan şirkətinin  neftin hasilatı zamanı formalaşan ərsin parafinin  təmizlənməsi uğurla həyata keçirilir.

     BP şirkətinin “tullantıların idarə olunması” sahəsində keçirdiyi növbəti tenderdə isə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təsisçisi olduğu  “AAS-Ekol” MMC qalib olmuş və Şirkətin neftin hasilatı zamanı formalaşan neftli suyunun təmizlənməsi MMC-yə həvalə edilmişdir. Bu layihənin QSC-nin istehsalat sahəsindəki  müasir  təmizləyici qurğular vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

     Bununla əlaqədar olaraq, sentyabrın  23-də  QSC-nin istehsalat sahəsində  neftli suyun təmizləyici qurğular vasitəsi ilə təmizlənməsinin sınağı keçirilmişdir. BP Azərbaycan şirkətinin  Waste Managment Team şöbəsinin nümayəndələri Tahir Əliyev, Sitarə Sultanova, Nurlan Mahmudov, “AAS-Ekol” MMC-nin nümayəndələri Vaqif Əmrahov, Məlahət Useynova, “AzEkolab Laboratoriyasının və QSC-nin  nümayəndələri sınağın keçirilməsində iştirak etmişlər.

    Sınaq zamanı bütün proseslər prosedur qaydalara uyğun aparılmış və uğurla başa çatdırılmışdır. Sınaqda iştirak etmiş BP şirkətinin nümayəndələri ümumilikdə sınağın nəticələrindən razı qalmış və öz təkliflərini vermişlər.
 
 
 

tarix : 27.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.