ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoruna Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlük sertifikatı təqdim olunmuşdur

     Sentyabrın 24-də Hyatt Regency otelinin Şuşa zalında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin görüşü olmuşdur.

    Tədbirə Klub üzvləri ilə yanaşı, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət və iqtisadiyyat missiyasının rəhbəri Miroslav Blaşşuk və digər rəsmi qonaqlar da qatılmışlar.  Bu görüşdə “Ekol Mühəndislik Xidmətləri” QSC-ni  baş direktor Ramil Əliyev və baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov təmsil etmişlər.

     Azərbaycanın  neft-qaz sənayesinin potensialı barədə danışan  ARDNŞ-nin birinci vitse-prezidenti CEBİC-in  fəaliyyətini yüksək qiymətləndirmiş,  Klub üzvlərinin suallarını cavablandırmışdır. Görüşdə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü seçilmiş akademik Xoşbəxt Yusifzadəyə üzvlük sertifikatı təqdim olunmuşdur.

     Tədbirdə 2010-cu ilin may ayında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru təyin olunmuş  Ramil Əliyev də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlük sertifikatını almışdır. Üzvlük sertifikatını R.Əliyevə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə təqdim etmişdir.

     Xatırladaq ki, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu  2002-ci ilin iyun ayında, “Caspian Energy” Beynəlxalq Nəşriyyat Evinin iştirakı və ən böyük neft-qaz şirkətlərinin dəstəyi  ilə təsis edilmişdir. Təşkilatın əsas məqsədi iqtisadiyyat, siyasət, energetika, gömrük, vergi, ekologiya və s. sahələrə dair ümumi proqramın  hazırlanması üçün şəraitin yaradılması,  regional əhəmiyyətli müxtəlif informasiya layihələrinin  həyata keçirilməsi və  dövlət strukturları ilə özəl bölmələr arasında dialoqun dəstəklənməsidir.

    “Ekol Mühəndislik Xidmətləri” QSC  2007-ci ildən CEİBC-nin üzvüdür və iki dəfə “ilin qalibi” nominasiyası üzrə mükafata layiq görülmüşdür.

  

tarix : 29.09.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.