ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC- də “Manqistaumunayqaz” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir

   Sentyabrın 28-də Qazaxıstanın “Manqistaumunayqaz” Səhmdar Cəmiyyətinin  nümayəndələri, Mərkəzi mühəndislik-texnoloji departamentinin direktoru Saqidolla Bijanov, Texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi departamentinin direktoru Suxeyman Mişelov “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində olmuş, QSC-nin rəhbərliyi və mütəxəssisləri ilə görüş keçirilmişdir.

      Baş direktor Ramil Əliyev qonaqları səmimi salamlayaraq görüşdə iştirak edən mütəxəssisləri, rəhbər işçiləri təqdim etmiş və QSC-nin fəaliyyəti, potensial imkanları, həyata keçirdiyi ekoloji layihələr haqqında onlara geniş məlumat vermişdir.

      Ramil Əliyev planetimizin ümumi ekoloji problemlərinin həlli istiqamətində dünyanın və xüsusilə MDB dövlətlərinin atdığı addımları və analoji şirkətlər arasında əməkdaşlıq münasibətlərinin yaranmasını müsbət hal kimi qiymətləndirmiş, qazaxıstanlı həmkarları ilə keçirilən bu görüşün də səmərəli olacağına və gələcəkdə  ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yaradacağına əminliyini bildirmişdir.

     “Manqistaumunayqaz” SC-nin Texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi departamentinin direktoru Suxeyman Mişelov səmimi qəbul üçün QSC-nin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişdir. S.Mişelov “Manqistaumunayqaz” SC haqqında  görüş iştirakçılarına ətraflı məlumat vermiş və belə görüşlərin davamlı olacağına ümidvar olduğunu qeyd etmişdir.

     Görüşdə həmçinin, “Manqistaumunayqaz” SC-nin tullantıların idarə olunması sahəsində gördüyü işlər, tətbiq olunan texnika və texnologiyalar, eləcə də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti, texniki imkanları və həyata keçirdiyi ekoloji layihələri barədə prezentasiyaların təqdimatı olmuş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Sonda qonaqlara QSC-nin rəmzi hədiyyələri  təqdim edilmişdir.

    Daha sonra qazaxıstanlı qonaqlar QSC-nin istehsalat sahələrində olmuş, baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov onlara sənaye çirkab suların və parafinin təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, texnologiyaları və tətbiq olunan qurğuların iş prinsipi haqqında geniş məlumat vermişdir.

  
 
 
 
 

tarix : 01.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.