ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəhlə kateqoriyasından olan işçilərinin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilmişdir

       QSC-də əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması, istehsalat zədələrinin  qarşısının alınması və texniki təhlükəsizlik qaydalarına əməl olunması, bu işlərin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi daimi diqqət mərkəzindədir.

      Bu  məqsədlə, QSC-nin istehsalat sahələrində  bütün lazımı şərait yaradılır, işçilərin bilik səviyyələrinin artırılması istiqamətində müvafiq tədbirlər görülür, vaxtaşırı treninq və seminarlar təşkil edilir, təhlükəsizlik texnikası təlimatlarına uyğun dövrü olaraq  işçilərin bilik səviyyələri yoxlanılır, əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri həyata keçirilir.

     QSC- nin fəhlə kateqoriyasından olan işçilərinin    texniki  təhlükəsizlik  üzrə  biliklərinin  yoxlanılması  məqsədilə, 2010-cu il sentyabrın 27-dən başlayaraq növbəti imtahan keçirilir. İmtahanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin,  Dağ Mədən Nəzarət Agentliyinin Neft və Neftkimya Sənayesində İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət şöbəsinin baş müfəttişi Tahir Əliyev, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin  Dövlət Qaz Nəzarəti İdarəsinin dövlət müfəttişi Adil Nurməmmədov,  baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, QSC-nin aidiyyəti departament, şöbə və sahə rəisləri iştirak edirlər.

     Keçirilən  imtahanın nəticələri QSC-nin fəhlə kateqoriyasından olan işçilərinin  texniki təhlükəsizlik qaydalarını və bu sahədə olan təlimatları dərindən mənimsədiklərini aşkar etmişdir. İmtahanın oktyabrın 5-də yekunlaşması nəzərdə tutulmuşdur.

 
 
 

tarix : 04.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.