ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisinin yaşıllaşdırma sahələrində mövsümü işlərə başlamışdır

      2010-cu il, “Ekologiya ili” əlaqədar bütün ölkə boyunca geniş vüsət alan  ekoloji hərəkatın ön sıralarında olan ARDNŞ,  “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün  Kompleks Tədbirlər Planı”nda qarşıya qoyulmuş mühüm vəzifələrin  yerinə yetirilməsi istiqamətində məqsədyönlü iş aparır.

      ARDNŞ-nin “Ekoloji siyasəti” nə uyğun olaraq neft-qaz əməliyyatları zamanı çirklənmə mənbələrinin ləğvi, lay sularının  utilizasiyası, torpaqların  təmizlənməsi və yaşıllaşdırılması Şirkətin ekoloji fəaliyyətində mütləq şərt kimi qəbul edilmişdir.

     Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılması 160 ildən artıq bir dövrü əhatə edir. Bu dövr ərzində neft-qaz hasilatı və emalı nəticəsində minlərlə hektar torpaq sahəsi çirklənərək yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq 2006-cı ildən neftlə çirklənmiş torpaqların təmizlənməsi ARDNŞ-nin əsas fəaliyyət sahələrindən birinə çevrilmişdir.

      Ötən dövr ərzində “Bibiheybətneft”, “Siyəzənneft”, “Balaxanıneft”,  “Kürovdağ”, “Qaradağlı” “Kürsəngi”, Z. Tağiyev adına NQÇİ və s. yataqlarda  300 hektardan çox çirklənmiş torpaq sahəsi  mexaniki rekultivasiya, bioremediasiya və fitoremediasiyas  üsulları ilə təmizlənmişdir. Reabilitasiya edilmiş mədən ərazilərində 120 mindən çox ağac əkilib və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. “Ekologiya ili” ndə isə   150 min ağac və 16 min gül tinginin əkilməsi nəzərdə tutulmuşdur. ARDNŞ-nin ekologiya sahəsindəki  fəaliyyətində təsisçisi olduğu “Ekol Mühəndislik Xidmətləri” QSC də ən layiqli podratçı qismində yaxından iştirak edir.

    Ekoloji vəziyyətin yaxşılaşdırılmasında  yaşıllaşdırmanın əsas amillərdən olması nəzərə alınaraq, “Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İstehsalat Birliyi ilə  mədən ərazilərində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası  işlərini yerinə yetirir, reabilitasiya olunmuş torpaq sahələrində yaşıllıqların salınması və bitkilərə aqrotexniki qulluq göstərilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirlər.

    Yaşıllaşdırma tədbirləri sırasında Bakının qərb girişində, “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində yaşıllıqların salınması və əkilmiş ağaclara mütəmadi aqrotexniki qulluq göstərilməsi də böyük əhəmiyyət kəsb edir. Paytaxtın qərb qapısı hesab edilən, xüsusi coğrafi mövqeyi, relyefi, meteoroloji xüsusiyyətləri və infrastruktur şəbəkəsinin müxtəlifliyi ilə Abşeron yarımadasının digər ərazilərindən  fərqlənən  Bibiheybət sahəsində, 40 hektardan çox ərazidə əkilmiş 45 mindən çox mühitə davamlı ağaca aqrotexniki xidmət göstərilməsi xüsusi diqqət tələb etdiyindən, QSC-nin TRD-3 sahəsinin ən peşəkar mütəxəssisləri və texniki vasitələri  bu əraziyə cəlb olunmuşdur.

      Cari ilin fevral ayından başlayaraq TRD -3 Bibiheybət sahəsində müxtəlif növ ağaclara aqrotexniki qaydada xidmət göstərmiş, qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, ərazinin daimi su təchizatı təmin olunmuşdur. QSC  ərazini müasir və effektli suvarma sistemləri ilə təchiz etmək məqsədilə 1.2 hektar sahədə damcı suvarma sistemi quraşdırmışdır.

    Bibiheybət sahəsində əlavə yaşıllıqların salınması və bitkilərin su təchizatının yaxşılaşdırılması istiqamətində “Azneft” İstehsalat Birliyi də yaxından iştirak edir. Ötən dövrdə İB ərazidə 6.6 hektar sahədə yeni damcı suvarma sistemi quraşdırmış, payız  mövsümdə isə 6 minə qədər müxtəlif növ ağac və kolların əkilməsini planlaşdırmışdır.

    Payız  mövsümünün gəlməsi ilə əlaqədar QSC-nin TRD-3 sahəsi Bibiheybət ərazisində mövsümü işlərə başlamışdır. Ağacların dibləri boşaldılmış və  üzvü gübrələr verilmişdir. Hava şəraitindən asılı olaraq tezliklə budama işlərinə başlanılacaqdır.

   QSC-nin TRD-3 sahəsi bununla yanaşı, ARDNŞ-nin Qaz Emalı Zavodunun istehsalat sahəsində və NQÇİ-nin reabilitasiya olunmuş digər torpaq sahələrində də yaşıllıqların salınması və aqrotexniki  xidmət göstərilməsi işlərini uğurla yerinə yetirir.

 
 
 

tarix : 08.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.