ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində əlavə sahələrdəki neftlə çirklənmiş torpaqların bioremediasiyası işləri həyata keçiriləcəkdir

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların rekultivasiyası departamenti 232 saylı 20.05.2010-cu il tarixli müqaviləyə əsasən,  “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində neftlə çirklənmiş sahələrin  bioremediasiyası” layihəsində nəzərdə tutulan işləri başa çatdırmaq üzrədir.

     Cari ilin iyun ayından başlayaraq Kürdəxanı mədən ərazisində ayrılmış 7 hektara qədər ərazidə ləğv edilmiş 6 quyu ətrafında yığılmış neftşlamın bioremediasiyası məqsədilə  çirklənmiş ərazilərdən 22 843 m3 neftşlam  çıxarılaraq bioremediasiya sahələrinə daşınmış, şlam çıxarılan sahələrə 26 999 m3 torpaq daşınaraq yayılmışdır.

     İcra müddətində 5 hektar sahəni əhatə edən bioremediasiya sahəsinə saman, peyin,  ammofoska, və nitrofoska gübrələri verilmiş, 3 hektar sahədə malalama, 2 hektar sahədə isə şumlama işləri aparılmışdır. Biremediasiya prosesinin  son mərhələsi olaraq, hava şəraiti nəzərə alınaraq yaxın günlərdə sahədə arpa səpininə başlanılacaqdır.

   QSC-nin Torpaqların rekultivasiyası departamenti layihə üzrə əsas işləri başa çatdırmaqla yanaşı, hazırda “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində layihəyə əlavə olaraq  ləğv olunmuş 3 quyu ətrafında yığılmış neftşlamın bioremediasiyası işlərinin ilkin mərhələsinə başlamışdır.

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Balaxanıneft” NQÇİ-nin Kürdəxanı mədən ərazisində neftlə çirklənmiş sahələrin  bioremediasiyası” layihəsinin təqvim planına uyğun və keyfiyyətlə yerinə yetirilməsi  üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

 
 
 

tarix : 15.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.