ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də 18 oktyabr - “Dövlət Müstəqillik Günü” qeyd olunmuşdur

     Oktyabrın 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində 18 oktyabr - “Dövlət Müstəqillik Günü”-nə həsr edilmiş toplantı keçirilmişdir.

     Toplantını giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev  kollektivi “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə təbrik etdi, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması  naminə əmək və həyat fəaliyyətlərində uğurlar arzuladı. Baş direktor daha sonra Dövlət Müstəqilliyimizin yarandığı tarixi şərait və məqamlar haqqında toplantı iştirakçılarına geniş məlumat verdi.

    Ramil Əliyev qeyd etdi ki, xalqımız öz müstəqilliyinə qovuşmaq üçün kəşməkeşli mübarizələr dolu tarixi bir yol keçmişdir. 1991- ci ildə sovetlər ittifaqına daxil olan respublikaların müstəqilliyə qovuşma istəyi qarşısıalınmaz həddə çatmışdır. Həmin ilin avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın  tələbi ilə çağırılmış növbədənkənar sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Xatırladım ki,  hələ buna qədər 1990-cı ilin iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvana qayıdışı və buradan  başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların  atılması ilə müşayiət olunmağa başlamışdı.

    Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra hüquqi müstəvidə münasibət bildirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci il dekabrın 29-da keçirilən  ümumxalq referendumunda xalqımız müstəqillik  haqqında Konstitusiya Aktını yekdilliklə dəstəklədi, ölkəmizin  müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi. Fəqət , dövlət müstəqilliyinin  ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının  prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin  səriştəsizliyi az qala bu müstəqilliyində itirilməsinə gətirib çıxaracaqdı. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün  nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün  proseslərdən təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarı ilə müstəqilliyimizin məhvinə aparırdı.   

    Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının  mütləq əksəriyyətinin  tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyunundan Respublikamıza rəhbərlik edən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Ulu öndər ölkəni gözləyən  bütün təhlükələri dəf etməklə Azərbaycanın  müstəqilliyinin möhkəm təməlini qoydu.

   Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin  qorunub saxlanmasının  nəticəsidir. Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.

    Mən təklif edirəm ki, müstəqilliyimizin banisi Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edək.

   Toplantı iştirakçıları ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

   Daha sonra toplantıda baş direktorun məsləhətçisi Kamil Akimov, İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, Ekoloji monitorinq departamentinin rəisi Şahabiddin Albuşov və başqaları  çıxış edərək toplantı iştirakçılarını “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə təbrik etdilər.

    Çıxış edənlər qeyd etdilər ki, xalqımızın qanı bahasına və Heydər Əliyevin Müdrik siyasəti nəticəsində müstəqilliyimizin  əldə olunması ilə, insanların hüquq və azadlıqlarının qorunmasına, davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının  uğurla reallaşması, iri enerji layihələrinin  işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın  müstəqilliyinin  daha da möhkəmlənməsinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda olan ölkə kimi tanınır. Azərbaycan Prezidentinin  həyata keçirdiyi məqsədyönlü siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaqdır.

    “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktında deyildiyi kimi Dövlət Müstəqilliyimizin qorunmasına , möhkəmlənməsinə və əbədi yaşamasına xidmət etmək isə hər birimizin  müqəddəs vətəndaşlıq borcumuzdur.

 Bununla da “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 18 oktyabr - “Dövlət Müstəqillik Günü” nə həsr etdiyi toplantı başa çatmışdır.

 
 
 

tarix : 19.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.