ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Siyəzənneft” NQÇİ-nin mədən ərazilərinin landşaftı və təbii görkəmi bərpa olunur

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq və 2010-cu ilin “Ekologiya İli” elan edilməsi ilə əlaqədar  ARDNŞ-nin qarşısında mühüm vəzifələr qoyulmuşdur.

     2006-cı ildən başlayaraq  ARDNŞ tərəfindən Neftqazçıxarma İdarələrinin mədən ərazilərində 300 hektara yaxın neftlə çirklənmiş torpaq sahələri  təmizlənərək  və abadlaşdırılmış,  çirklənmiş torpaqların bioremediasiyası və yaşıllaşdırma sahəsində bir çox  iri miqyaslı  ekoloji layihələr həyata keçirilmişdir. Bu layihələrin həyata keçirilməsində isə “Ekol Mühəndislik Xidmətləri” QSC  yaxından iştirak edir.

     2010-cu il  “Ekologiya İli” ili çərçivəsində  ARDNŞ-nin həyata keçirəcəyi prioritet ekoloji layihələr sırasında  Z.Tağıyev adına NQÇİ-nin, “Abşeronneft” NQÇİ-nin,  “Siyəzənneft” NQÇİ-nin  və “Balaxanıneft” NQÇİ-nin mədən ərazilərində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası layihələri xüsusi  əhəmiyyət kəsb edir ki, bu layihələrin icrası da potensial icraçı qismində “Ekol Mühəndislik Xidmətləri” QSC-nə həvalə edilmişdir.

   Cari ildə QSC “Azneft” İstehsalat Birliyi ilə qeyd olunan layihələr üzrə əsas işləri başa çatdırmış, bəzi sahələrdə isə bioremediasiya işləri davam etməkdədir.

     QSC-nin həyata keçirdiyi ekoloji layihələr sırasında “Siyəsənneft” NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların bioremediasiyası, ərazinin mürəkkəb coğrafi mövqeyə və relyefə malik olması, Respublikamızın şimal –şərq bölgəsində turizmin inkişaf etdirilməsi, ərazidə  yerləşən təbii çay hövzələrinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və insanların sağlamlıqlarına təsir edən mənfi amillərin aradan qaldırılması baxımından   böyük  əhəmiyyət kəsb edir.

    Bununla əlaqədar olaraq  “Ekol Mühəndislik Xidmətləri” QSC,  30 hektara qədər ərazini təşkil etməklə Qilgilçay, Sadan NYM, Ataçay və NSKHVS (neftin, suyun kompleks hazırlanması və vurulması sexi) sahələrindən ibarət olan, “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində ayrılmış neftlə çirklənmiş torpaqların bioremediasiyası layihəsinin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün təxirəsalınmaz tədbirlər görür. Layihə üzrə mədən ərazilərində bioremediasiya proseslərinin son mərhələsi başa çatdırılmış, sahələrə arpa əkilməsinə başlanılmışdır. QSC-nin  “Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində apardığı bioremediasiya işləri nəticəsində landşaftı bərpa olunmuş və ərazilər öz əvvəlki görkəminə qaytarılmışdır.

    “Ekol Mühəndislik Xidmətləri” QSC, bundan sonra da respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ARDNŞ-nin həyata keçirəcəyi layihələrin  potensial  icraçısı kimi fəaliyyət göstərəcəkdir.

 
 
 
 
 

tarix : 22.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.