ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində mövsümi yaşıllaşdırma işlərinə başlanılmışdır

    2010-cu il “Ekologiya ili” çərçivəsində Respublikamızın hər yerində, xüsusilə Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması  məqsədilə iri miqyaslı ekoloji layihələr həyata keçirilir.  ARDNŞ də cari ildə Neftqazçıxarma İdarələrinin mədən ərazilərində uzun illər neftlə çirklənmiş  torpaqların təmizlənməsi, gölməçələrin qurudulması və yaşıllıqların salınması  sahəsində məqsədli  işlər yerinə yetirir.

    “Ekologiya ili” çərçivəsində  ARDNŞ-nin həyata keçirdiyi  önəmli ekoloji layihələrindən  biri də, “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin birgə həyata keçirdikləri  Z.Tağıyev adına  NQÇİ-nin   mədən ərazisində 10 hektara qədər neftlə çirklənmiş  torpaqların  bioremediasiyası və yaşıllaşdırılması layihəsidir.

    Cari ilin fevral ayından QSC-nin Torpaqların  rekultivasiyası departamenti layihənin icrasına başlamış, fevral-sentyabr ayları  ərazidən 37 min m3-ə qədər neftşlam çıxarılaraq bioremediasiya sahəsinə daşınmışdır. İcra müddətində əraziyə xeyli ştib və torpaq daşınaraq hamarlanmış, köhnə quyuların özülləri ləğv edilərək landşaftın bərpası istiqamətində müvafiq işlər yerinə yetirilmişdir.

   Z.Tağıyev adına NQÇİ-nin  mədən ərazisində ayrılmış neftlə çirklənmiş sahənin  bioremediasiyası ardıcıl mərhələlərlə aparılmış, torpağa saman, peyin və üzvü gübrələr verilmiş, aqrotexniki qaydada şumlama və malalama işləri görülmüşdür. Bioremediasiya prosesinin son mərhələsində sahəyə arpa əkilmiş  və gözlənilən bitiş alınmışdır. Yaz  mövsümündə ərazidə xeyli sayda mühitə davamlı ağac əkilmiş, lazımı aqrotexniki xidmətlər göstərilərək   95%-ə qədər bitiş alınmışdır.

    Payız mövsümünün başlanması ilə əlaqədar olaraq, QSC layihə sahəsində ağacəkmə kompaniyasına yenidən start vermişdir. İndiyədək bu ərazidə ümumilikdə 3 433 ədəd, o cümlədən 950 ədəd sərv, 2 483 ədəd isə zeytun ağacı əkilmişdir, hazırda  aksiya davam edir. Xatırladaq ki,  layihə smeta sənədlərinə əsasən ərazidə 5 200 ədəd müxtəlif növ ağac və 10 000 ədədə qədər gül kollarının  əkilməsi nəzərdə tutulmuşdur.

     “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin birgə həyata keçirdikləri  “Z.Tağıyev adına  NQÇİ-nin   mədən ərazisində ayrılmış neftlə çirklənmiş sahənin bioremediasiyası” layihəsinin nəzərdə tutulmuş müddətdə, yəni cari ilin dekabr ayında “Sifarişçi”yə təhvil verilməsi üçün bütün lazımı tədbirlər görülmüşdür.

    “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu il, “Ekologiya ili” çərçivəsində icra etdirdiyi digər layihələri də təqvim planına uyğun olaraq davam etdirir.
 

 
 

tarix : 26.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.