ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Kompleks tədqiqatlar laboratoriyası yeni Akkreditasiya Attestatını almışdır

    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində kompleks tədqiqat işlərinin aparılması və laboratoriya xidmətlərinin göstərilməsi məqsədilə, 2006-cı ildə QSC-nin Kompleks tədqiqatlar laboratoriyası (KTL) yaradılmış və Milli Akkreditasiya Sistemində Texniki Səlahiyyətliyə Akkreditasiya olunmuşdur. Qısa müddət ərzində KTL müasir cihaz və avadanlıqlarla təchiz edilmiş, tədqiqat işlərinə peşəkar mütəxəssislər cəlb olunmuşdur.

     Hazırda  QSC-nin Ekoloji monitorinq departamentinin nəzdində fəaliyyət göstərən KTL,  dənizdə və quruda ətraf mühitin  vəziyyətinin tədqiq edilməsi, analitik  nəzarətin  aparılması üzrə xidmət göstərir. Laboratoriyanın əsas fəaliyyəti torpağın, suyun, dib çöküntülərinin  və neftşlamın  fiziki-kimyəvi və kimyəvi analizlərinin aparılması olmaqla, akkreditasiya sahəsi  50-dən artıq inqrediyentin təyinini özündə cəmləşdirir.

     QSC-nin həyata keçirdiyi ekoloji layihələr, xüsusilə torpaqların bioremediasiyası ilkin monitorinq işlərinin nəticələrinə və laboratoriya tədqiqatlarına əsaslandığından, layihə sahələrində bioremediasiya proseslərinin  dinamikası vaxtaşırı olaraq KTL tərəfindən tədqiq edilir və müvafiq hesabatlar hazırlanır. Bununla yanaşı, mütəmadi olaraq  QSC-nin istehsalat sahələrindən  və təmizləyici qurğulardan  torpaq, su və neftşlam nümunələri götürülərək standartlara uyğun analiz edilir və nəticələrin təhlili aparılır.

    2006-cı ildən Milli Akkreditasiya Sistemində Texniki Səlahiyyətliyə Akkreditasiya olunmuş KTL  növbəti 2010-2011-ci illər üçün də Akkreditasiyadan keçərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  Akkreditasiya Attestatını almışdır.
 
 
 

tarix : 29.10.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.