ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC növbəti iməcilik keçirmişdir

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar ekoloji məsələlərə diqqət artırılmış, Respublikamızın hər yerində həyata keçirilən tədbirlər və ağacəkmə kompaniyaları  ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmişdir.

       Bununla əlaqədar “Ekol Mühəndislik Xidmətləri” QSC-də ARDNŞ ilə birlikdə “Ekologiya ili” çərçivəsində prioritet ekoloji layihələri icra etməklə yanaşı,  yaşıllaşdırma sahəsində də  məqsədli tədbirlər həyata keçirir.

     Payız mövsümünün başlaması ilə QSC-nin yaşıllaşdırma sahəsində gördüyü tədbirlər də geniş vüsət almış layihə və istehsalat sahələrində ağacəkmə kompaniyasına start verilmişdir. QSC-nin   təşkil etdiyi növbəti iməcilik də bu sahədə görülən silsilə  tədbirlərin davamıdır.

     Oktyabrın 30-da təşkil olunmuş iməcilikdə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Qala qəsəbəsindəki Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində  “Azneft” İstehsalat Birliyi ilə birgə həyata keçirdi və cari ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulan “çirklənmiş torpaqların bioremediasiyası” layihəsi sahəsində ağacəkmə kompaniyasının keçirilməsi xüsusilə əhəmiyyətli olmuşdur.

    Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisindəki iməcilikdə QSC-nin rəhbərliyi və  kollektivin xeyli sayda üzvləri iştirak etmiş, “Azneft” İB-nin  və NQÇİ-nin nümayəndələri də tədbirə qatılmışlar. Ağacəkmə kompaniyasında layihə sahəsində 500-dən çox müxtəlif növ ağac əkilmişdir.

    Oktyabrın 30-da  QSC-nin kollektivinin üzvləri, Amerika Ticarət Palatasının (ATP) Azərbaycan nümayəndəliyinin Xətai rayonundakı Bakı SOS Uşaq Kəndi ərazisində təşkil etdiyi iməcilikdə də iştirak etmişlər. Bu tədbirdə QSC-nin kollektivi ATP–nın və səfirliklərin nümayəndələri, eləcə də məktəbli uşaqların iştirakı ilə  ərazidə xeyli sayda ağac əkmişlər.

   “Ekol Mühəndislik Xidmətləri” QSC oktyabrın 30-da  Heydər Əliyev adına BNEZ-nun, “Azərneftyağ” NEZ-nun ərazisindəki istehsalat sahələrində də iməciliklər təşkil etmiş, yaşıllaşdırma və abadlaşdırma işləri yerinə yetirilmişdir. QSC payız mövsümündə ağacəkmə kompaniyasının bundan sonra da davam etdirilməsini planlaşdırmışdır.

 
 
 
 
 

tarix : 01.11.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.