ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Ekoloji Monitorinq Departamentinin Səyyar monitorinq xidməti 2010-cu ilin 9 ayını uğurlu nəticələrlə başa vurmuşdur

   “Ekol Mühəndislik  Xidmətləri” QSC–nin Ekoloji Monitorinq Departamentinin (EMD) Səyyar monitorinq xidməti  Azərbaycan Respublikasının ekologiya sahəsindəki Dövlət Proqramlarında və “Ekologiya ili” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə, eləcə də EMD-nin  iş planına uyğun olaraq  2010-cu ilin 9 ayı ərzində bir sıra ekoloji yönümlü layihələri uğurla həyata keçirmişdir.

   Hesabat dövründə  EMD-nin Səyyar monitorinq xidməti müqaviləyə əsasən ARDNŞ-nin  neft-qaz hasil edən  “28 May”, “Neft daşları”, “Abşeronneft”, “Qum adası” və N.Nərimanov adına  Neftqazçıxarma idarələrinin istehsalat sahələrində monitorinq işləri aparmışdır.

     Monitorinq işləri əsasən neft hasilat həyata keçirilən müəssisələrin çirklənmə mənbələrini əhatə etmiş, ilkin olaraq hasilat rayonları kompleks tədqiq olunmuş və ona mövcud antropogen təsir mənbələri üzərində monitorinq müşahidələri diqqət mərkəzində saxlanılmışdır. Monitorinq materialları ətraf mühitə təsirin  dərəcəsindən  asılı olaraq diferansiallaşdırılmış və onların ekosistemə təsirinin  azaldılması məqsədilə konkret təkliflər hazırlanaraq həyata keçirilməsi     “Sifarişçi” lərə tövsiyə  edilmişdir. Bütün monitorinq müşahidələrinin nəticələri  əsasında xüsusi hesabatlar  hazırlanaraq hər ayın axırında  neft-qaz hasilat müəssisələrinə təqdim olunmuşdur. Həmin müəssisələrə 9 ay ərzində müxtəlif istismar yataqlarını əhatə edən 45  hesabat  təqdim olunmuş və hesabatlarda ekoloji profilaktiki tədbirlərin  konkret istiqamətləri göstərilmişdir.

    Müqavilə şərtlərinə əsasən  hər ay  “Sifarişçi” təşkilatların istehsalat sahələrində formalaşan  axarlardan su nümunələri götürülərək EMD-nin Kompleks tədqiqatlar laboratoriyasına təqdim olunmuş və laborator təhlillərin  nəticəsindən asılı olaraq axarların fiziki-kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmiş, baş verən təsir dəyişiklikləri  nəzarətdə saxlanılmışdır.

   Müvafiq dövr ərzində Səyyar monitorinq xidməti, “Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İstehsalat Birliyi ilə “Ekologiya ili” çərçivəsində Neftqazçıxarma İdarələrinin mədən ərazilərində rekultivasiya, neftşlamın  bioremediasiyası və landşaftın  bərpası istiqamətində həyata keçirdikləri layihə sahələrində də mütəmadi monitorinq işlərini yerinə yetirmişlər.

    “Balaxanıneft”, “Abşeronneft”, “Siyəzənneft” və H.Z.Tağıyev adına NQÇİ-nin  mədən ərazilərində karbohidrogen əsaslı qazma şlamının  bioremediasiyası, neftlə çirklənmiş sahələrin  rekultivasiyası üçün  nəzərdə tutulmuş layihənin hazırlanması məqsədilə zəruri kompleks ekoloji qiymətləndirmə üzrə 5 hesabat hazırlanaraq “Sifarişçi”lərə təqdim olunmuşdur. ARDNŞ-nin “Qum adası” DQİİ, “Abşeron” Qİİ, Qobustan” KQİİ və “Tomponaj” İdarəsində də mütəmadi monitorinq işləri aparılmış və müvafiq hesabatlar tərtib edilmişdir.

     Hesabat dövründə  Səyyar monitorinq xidməti monitorinq işləri ilə yanaşı ekoloji  maarifləndirmə sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  tədbirlərində də yaxından iştirak etmişdir. “Ekologiya ili” ilə əlaqədar Bakının 8 məktəbində Amerika Ticarət Palatasının  Azərbaycan Nümayəndəliyi ilə birgə xüsusi seminar-konfranslar təşkil olunmuş və yüksək səviyyədə həyata keçirilmişdir.

   EMD-nin Səyyar monitorinq xidməti iş planına uyğun olaraq üzərinə düşən öhdəliklərin  layiqincə yerinə yetirilməsi sahəsində fəaliyyətini davam etdirir.

 
 
 

tarix : 05.11.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.