ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılmasına zəmin yaradır

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində  texnoloji proseslərin təkmilləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiq edilməsi ilə yanaşı, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi də daimi diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq, istehsalat sahələrində yeni yaşıllıq sahələrinin salınması, onlara aqrotexniki xidmət göstərilməsi məqsədilə təcrübəli mütəxəssislər, aqronomlar və bağbanlar bu işlərə cəlb olunmuşlar.   

      İstehsalat sahələrində yeni yaşıllıq zolaqlarının salınması, müxtəlif növ ağac və bəzək kollarının əkilməsi, becərilməsi ərazinin mikroiqliminə və atmosferə atılan zərərli tullantıların azaldılmasına müsbət təsir göstərməklə yanaşı, burada çalışan işçilərdə ruh yüksəkliyi yaradır və onların əmək qabiliyyətini xeyli artırır.

     Payız mövsümü ilə əlaqədar QSC-nin Tullantıların emalı departamentinin 6-cı və 7-ci sahələrində, Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən qeyri-yaşayış sahəsində (A-4 qurğusu), və digər istehsalat sahələrində  minlərlə ağac, gül və bəzək kollarının əkilməsinə başlanılmış və hazırda bu işlər davam etdirilməkdədir.

     Ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırmanın əsas amillərdən olduğunu nəzərə alan “Ekol Mühəndislik Xidmətləri” QSC, istər layihə sahələrində, istərsə də istehsalat ərazilərində yaşıllıqların salınması və becərilməsi sahəsində  təxirəsalınmaz tədbirlər həyata keçirməkdədir. 

 
 
 
 
 

tarix : 22.11.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.