ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

YAP “Ekol” ilk ərazi təşkilatında partiyanın yaranmasının 18 illiyi münasibətilə tədbir keçirilmişdir

     Noyabrın  24-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  baş ofisində YAP “Ekol” ilk ərazi təşkilatının idarə heyətinin  və partiya üzvlərinin iştirakı ilə  Yeni Azərbaycan Partiyasının 18 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan QSC-nin baş direktoru, YAP “Ekol” ilk ərazi təşkilatının sədr müavini Ramil Əliyev, partiyanın 18 illiyi münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını bildirdi və ötən dövr ərzində YAP-nın fəaliyyəti barədə geniş məruzə etdi. 
   Ramil Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının  zamanın tələblərindən irəli  gəldiyini qeyd edərək,  ölkəmizin əldə etdiyi uğurların məhz bu partiya və  onun qurucusu, ulu öndər Heydər Əliyevin ideyaları,  Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğunu vurğuladı.

   QSC-nin baş direktoru çıxışına davam edərək bildirdi ki, YAP yaranmasından cəmi  6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyi üçün yaranmış təhlükələrin çox qısa zamanda aradan qaldırılması kimi şərəfli bir tarixə malikdir.

    Tədbir iştirakçılarını təbrik edən YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev  bildirdi ki,   zamanın  tələbindən yaranmış YAP-nın  18 illiyi əslində müstəqil Azərbaycan dövlətinin  bu günədək keçdiyi şərəfli yolu əks etdirir. 18 il müddətində YAP, Heydər Əliyevin  müəyyənləşdirdiyi siyasət əsasında müstəqil Azərbaycan dövlətinin  qurulması, Azərbaycanın dövlət müstəqilliyinin  dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının  təsbit olunması ilə müşayiət edilən şanlı bir yol keçmişdir.

    Ərazi təşkilatının sədri F.Quliyev daha sonra  YAP-nın ölkəmizin daxili və xarici siyasətində, iqtisadiyyatımızın dinamik inkişafında və bütövlükdə bütün sahələrdə əvəzsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, qeyd etdi ki, möhtərəm Prezident, YAP-nın sədri İlham Əliyevin  uğurlu siyasəti nəticəsində müstəqil, demokratik Respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu   gün-gündən artmaqdadır. Məhz bunun nəticəsidir ki,  bu gün YAP-nın sıralarında yarım milyondan çox  ziyalı və sağlam düşüncəli insanlar cəmlənmişdir.

    Təşkilat sədri “Ekol” ilk ərazi təşkilatının  say tərkibi və  fəaliyyəti haqqında  tədbir iştirakçılarına qısa məlumat verərək, partiya üzvlərinə gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.

    Tədbirdə YAP-nın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Sonra,  “Ekol Mühəndislik Xidmətləri” QSC- də çalışan   8 nəfərə YAP-nın üzvlük vəsiqələri təqdim olundu. QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri, Məzahir Hüseynov, İsrafil Əliyev və Ekoloji Monitorinq departamentinin rəisi Şahabiddin Albuşov vəsiqələri yeni üzvlərə təqdim edərək, onları  bu münasibətlə təbrik etdilər.
 
 
 
 
 

tarix : 25.11.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.