ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir

      2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar ölkəmizdə genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi davam edir.  Bu tədbirlər sırasında ARDNŞ-nin  Neftqazçıxarma İdarələrinin mədən ərazilərində torpaqların neftlə çirklənmədən  təmizlənməsi və bu ərazilərdə yaşıllıqların  salınması istiqamətində apardığı məqsədyönlü işlər də xüsusi əhəmiyyət kəsb edir.

 

      “Ekol Mühəndislik Xidmətləri” QSC  də ARDNŞ-nin ekologiya sahəsində həyata keçirdiyi tədbirlərin fəal iştirakçısı olaraq, “Azneft” İstehsalat Birliyi ilə birgə “Siyəzənneft”, “Balaxanıneft”, “Abşeronneft” və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməzi və bioremediasiyası işlərini uğurla davam etdirir.

      Bununla yanaşı QSC  reabilitasiya olunmuş layihə sahələrində, eləcə də digər istehsalat sahələrində yaşıllıqların salınması və genişləndirilməsi məqsədilə dövrü olaraq, yaz aylarında olduğu kimi payız mövsümündə də iməciliklər təşkil edir.

      Noyabrın 27-də QSC-nin bütün istehsalat sahələrində növbəti iməcilik keçirilmişdir. İstehsalat sahələrinin işçiləri öz iş yerlərində, baş ofisin 40 nəfər  əməkçisi isə  Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsində)  9 hektara qədər reabilitasiya olunmuş mədən ərazisindəki iməcilikdə iştirak etmişlər.

    İməcilikdə yaşıllaşdırma işləri çərçivəsində Qala sahəsində 200-ə qədər  müxtəlif növ mühitə davamlı ağac əkilmiş, abadlaşdırma işləri həyata keçirilmişdir. Qeyd edək ki, indiyədək  Z.Tağıyev adına NQÇİ-nin reabilitasiya olunmuş 9 hektara qədər ərazisində  5 200-ə qədər müxtəlif növ ağac, 10 minə qədər isə gül və bəzək kolları əkilmişdir. Əkilmiş ağac və  kollara  müasir standartlarla aqrotexniki xidmət göstərilmiş və normal bitiş alınmışdır.

    27 noyabrda keçirilən iməcilikdə QSC-nin digər istehsalat sahələrində də yaşıllaşdırma və abadlaşdırma tədbirləri görülmüşdür.

           
 
 
 
 

tarix : 29.11.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.