ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC AZERİ BUSINESS AWARD -2010 mükafatına layiq görülmüşdür

     “Ekol  Mühəndislik Xidmətləri” QSC-nin  daimi inkişafda olan çoxşaxəli fəaliyyət sahələri, həyata keçirdiyi, ətraf mühitin mühafizəsinə, insanların sağlamlığına və ölkə iqtisadiyyatına layiqli töhfələr verən prioritet ekoloji layihələr ictimai təşkilatlar, eləcə də KİV tərəfindən də maraqla izlənilir və mütəmadi olaraq mətbuat səhifələrində işıqlandırılır.

     Məhz bunun nəticəsidir ki, 2008-2009-cu illərdə  QSC  ölkə iqtisadiyyatına verdiyi töhfələrə və ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə “CASPİAN ENERGY” və “CONSULTİNG & BUSINESS” jurnallarının “İlin Şirkəti” nominasiyası üzrə mükafatlarını almışdır. 2010-cu ildə isə, “Ekologiya İli” çərçivəsində həyata keçirdiyi aktual ekoloji layihələrə, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə  QSC , yenidən “İlin Ekologiya Şirkəti” nominasiyası üzrə “Caspian Energy Award -2010” mükafatına layiq görülmüşdür.

     Daimi inkişafda olan “Ekol Mühəndislik Xidmətləri” QSC   2010-cu ildə aktual ekoloji layihələrə və iqtisadi səmərəli fəaliyyətinə görə, nüfuzlu  BUSINESS TIME jurnalının  ekologiya sahəsində “İlin Şirkəti” nominasiyası üzrə  AZERI BUSINESS AWARD mükafatını almışdır. Bu mükafata bəzi xarici ölkə səfirlikləri, mötəbər təşkilatlar və ölkə iqtisadiyyatına layiqli töhfələr verən 40-a qədər tanınmış şirkətlər də layiq görülmüşlər.

   Qeyd edək ki, mükafat sahiblərini müəyyənləşdirmək üçün  təkcə Azərbaycanda deyil, dünyanın bir çox menecerləri arasında sorğu aparılmış, çoxsaylı respondentlərin rəyinə görə qaliblər müəyyən edilmişdir.

    Dekabrın 4-də “Buta Palace” Konsert-Banket Kompleksində mükafatın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə QSC-nin rəhbərliyi də iştirak etmişdir. Mükafatı alan “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev, onların əməyinə verilən  yüksək qiymətə və göstərilən etimada görə təşkilatçılara öz minnətdarlığını   bildirmiş və QSC-nin bundan sonra da  respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində uğurlu və səmərəli fəaliyyət göstərəcəyini qeyd etmişdir.

   Təqdimat mərasimində mükafat alanların şərəfinə ziyafət və konsert proqramı təşkil olunmuşdur.

 
 
 
 
 

tarix : 06.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.