ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Abşeronneft” NQÇİ-nin mədən ərazisində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası işləri geniş vüsət almışdır

     ARDNŞ-nin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində, çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyasi layihəsi üzrə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi işlər geniş vüsət almışdır.

    Qeyd edildiyi kimi,  layihənin birinci mərhələsində QSC-nin Torpaqların rekultivasiyası  departamenti tərəfindən, “Abşeronneft” NQÇİ-nin mədən ərazisinin 5 hektar sahəsindən 20 min m3-ə qədər neftşlam çıxararaq  bioremediasiya sahəsinə daşınmış və texnologiyaya uyğun olaraq bioremediasiya proseslərinə başlanılmışdır.

     Layihənin ikinci  mərhələsində isə,  QSC “Abşeronneft” NQÇİ-nin  8.4 hektara qədər  çirklənmiş ərazisində  rekultivasiya işlərinin aparılmasına və 18.6 min m3 şlamın  ərazidən çıxarılaraq bioremediasiya olunması işlərinə başlamışdır.

     Bununla əlaqədar olaraq əraziyə lazımı texnika və işçi qüvvəsi cəlb edilmiş, işlərin operativliyi təmin olunmuşdur. Qısa müddət ərzində bu ərazidən 11 min m3-ə qədər  şlam çıxarılaraq bioremediasiya sahəsinə daşınmış, həmin əraziyə   11 min m3 ştib, 1000 m3-ə torpaq gətirilərək yayılmışdır. Tezliklə bu sahəyə 9 min ədəd mühitə davamlı ağac və bəzək kolların əkilməsinə başlanılacaqdır.

     “Abşeronneft” NQÇİ-nin  layihə ərazisindəki bioremediasiya sahəsində də işlər öz axarı ilə və uğurla davam etdirilir. Texnoloji proseslərə uyğun olaraq sahəyə daşınmış şlam yayılaraq saman və üzvü gübrələr verilmişdir. Yaxın günlərdə  bioremediasiya sahəsində şumlama işlərinə başlanılması nəzərdə tutulmuşdur.
 
 
 

tarix : 08.12.2010

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.